İsmayıllıda səyyar müşavirə

İsmayıllıda səyyar müşavirə
Ana Vətən Partiyasının (AVP) təməl prinsipləri Azərbaycançılıq, Dövlətçilik, Demokratiya və Vətənkeşliкdir
İsmayıllıda səyyar müşavirə

Ana Vətən Partiyasının (AVP) təməl prinsipləri Azərbaycançılıq, Dövlətçilik, Demokratiya və Vətənkeşliкdir.
İsmayıllıda səyyar müşavirə
Azərbaycan dövlətçilyini qoruyub saxlamaq, onu dünyanın inkişaf etmiş dövlətləri cərgəsində görmək istəyən və daim buna çalışan AVP – Azərbaycançılıq məfkurəsini – milli idelogiya səviyyəsində qəbul etməklə onu təbliğ etməyi özünün proqram və vəzifələrindən biri hesab edir. Ana Vətən Partiyası hakimiyyət uğrunda deyil, ona layiq olmağa çalışır. Bu prinsiplərə söykənən partiya cəmiyyətin siyasi sistemində aparıcı partiyalardan biri kimi artıq 23 ildir fəaliyyət göstərir.
İsmayıllıda səyyar müşavirə İsmayıllıda səyyar müşavirə
1995-ci ildən təsis olunan AVP İsmayıllı rayon təşkilatı partiyanın məqsəd və məramına sədaqət nümayiş etdirmiş, qarşıda duran vəzifələrin icrasında öz sözünü demişdir.
İyul ayının 28-də rayonumuzda AVP-nin səyyar müşavirəsi keçirilib. Müşavirədə İsmayıllı ev sahibliyi etməklə Qobustan, Şamaxı, Ağsu, Qəbələ, Oğuz, Balakən, Kürdəmir, Mingəçevir və Ağdaş rayonundan gələn nümayəndələr iştirak edib. 46 nəfər vətənkeş müşavirə öncəsi rayon mərkəzinə gələrək, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər qızılgüllər düzüblər. Ana Vətən Partiyası sədrinin siyasi müşaviri, jurnalist-politoloq Qalib Əhmədov partiyanın keçdiyi yoldan, qarşıda duran vəzifələrdən danışıb. Müşavirədə rayon təşkilatları partiyanın VI qurultayına nümayəndələri təqdim ediblər. Təbiət qoynunda – “Cavanşir qalası” istirahət mərkəzində baş tutan seminarda rayon təşkilatlarının rəhbərləri partiyanın qəbul etdiyi qərarları birmənalı şəkildə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.
Şahməmməd Soltanov,
AVP İsmayıllı rayon təşkilatının sədri

Şərh Yaz