Yaddas kitabcasi

Maarifləndirmə tədbiri

Maarifləndirmə tədbiri
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İrsi qan xəstəliklərinə düçar uşaqların təhlükəli sənaye və məişət tullantılarının təsirindən qorunması üçün maarifləndirmə işləri” layihəsi çərçivəsində “Energetika və Ekologiya” Maarifçilik İctimai Birliyi iyul ayının 26-da İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində maarifləndirmə tədbiri keçirib. Tədbirdə Birliyinin sədri Vaqif Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rövşən Əliyev, əlaqədar təşkilatların nümayəndələri iştirak edibMaarifləndirmə tədbiri
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İrsi qan xəstəliklərinə düçar uşaqların təhlükəli sənaye və məişət tullantılarının təsirindən qorunması üçün maarifləndirmə işləri” layihəsi çərçivəsində “Energetika və Ekologiya” Maarifçilik İctimai Birliyi iyul ayının 26-da İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində maarifləndirmə tədbiri keçirib. Tədbirdə Birliyinin sədri Vaqif Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rövşən Əliyev, əlaqədar təşkilatların nümayəndələri iştirak edib.
Maarifləndirmə tədbiri Maarifləndirmə tədbiri
V.Əliyev ilk öncə toplaşanları salamlayıb, tədbirin məqsədi və əhəmiyyəti haqqında danışıb. O, təhlükəli sənaye tullantıları nəticəsində atmosferin çirkləndiyini deyib: “Təhlükəli tullantılar təkcə region üçün deyil, bəşəriyyət üçün də təhlükə mənbəyidir. Zibil yandırma zavodları normadan aşağı səviyyədə istilik rejimində işləyərkən dioksin mənbəyinə çevrilirlər. Dioksinlər canlı orqanizmlərin nüvəsinə nüfuz edərək oradakı hormonları parçalayır, nəticədə zəhərli maddələrə çevirirlər. Dioksinlər həmçinin immun zəifliyi yaradırlar. Belə olduqda insanlar ətraf mühitin ixtiyari stresslərinə çox həssas olur və xəstələndikdə sağalmaları uzun çəkir. Əyani sübut kimi son zamanlar qriplə xəstələnmələrin kəskin və uzun müddətli olmasını deyə bilərəm.”
Vaqif Əliyev bunlarla yanaşı dioksinlərin ekosenozun məhvinə, genosid və ekosid nəticələrə gətirən maddələr olduğunu bildirib. Bunun fəsadı kimi, müharibə zamanı Vyetnamda əməliyyat aparan pilotların övladlarının şikəst doğulmasını göstərib. Onu da qeyd edək ki, Vyetnamda pilotlar partizanlara qarşı mübarizə zamanı tərkibi dioksinlərdən ibarət “Oranj” tozunu, ağacların tozunu tökmək bəhanəsi ilə Defolant herbisidi adı altında meşələrə səpmişdilər. Bunun nəticəsində indiyədək Vyetnamda doğulan uşaqların 10-15 faizində sağalmaz gen pozulmaları müşahidə olunur.
Çıxışını bitirdikdən sonra V.Əliyev tədbir iştirakçılarını filmə baxmağa dəvət edib. Film, “Energetika və Ekologiya” Maarifçilik İctimai Birliyinin sifarişi əsasında çəkilib. Filmdə zərərli tullantıların törətdiyi fəsadlar haqqında danışılıb.
Çinarə Bəhərçinli

Şərh Yaz