Şura iclasında

Şura iclasında
17 iyul 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Şura iclası keçirilib. İclasda İcra Hakimiyyəti aparatının, hüquq mühafizə orqanlarının, yerli icra nümayəndələrinin, bələdiyyələrin və bir sıra əlaqədar təşkilatların nümayəndələri iştirak edib. Şura iclasında

17 iyul 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Şura iclası keçirilib. İclasda İcra Hakimiyyəti aparatının, hüquq mühafizə orqanlarının, yerli icra nümayəndələrinin, bələdiyyələrin və bir sıra əlaqədar təşkilatların nümayəndələri iştirak edib.
Şura iclasında
İclasın gündəliyində rayondaxili yollarda, poçt və rabitə sahəsindəki vəziyyət, şəhərin məhəllələri və küçələrinin adlandırılması məsələləri yer alıb.
İclasa sədrlik edən Mirdaməd Sadıqov bildirib ki, Şuranın gündəliyinə çıxarılan məsələlər rayonun tale yüklü sahələridir. Başçı qeyd edib ki, bu işdə hamının üzərinə məsuliyyət düşür. Mirdaməd Sadıqov gündəliyə çıxarılan məsələlərin günün tələbləri səviyyəsində qurulması baxımından tədbir iştirakçılarının təkliflər irəli sürmələrini vacib hesab edib.
RİH memarlıq şöbəsinin əməkdaşı Kənan Həbibov rayon ərazisində yol çəkilişi sahəsində görülən işlərdən, buraxılan nöqsanlardan söz açıb. Yol işi ilə əlaqəli müəssisələrin nümayəndələri məruzə ətrafında fikirlərini söyləyiblər.
Müzakirə zamanı maraq doğuran təkliflər Şura iclasının qərar layihəsinə əlavə olunub.
Ş.Soltanov

Şərh Yaz