Azərbaycançılıq ideologiyası

Azərbaycançılıq ideologiyası
YAP İsmayıllı rayon təşkilatı Baytarlıq İdarəsinin ərazi ilk təşkilatında “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirib.
Azərbaycançılıq ideologiyası

YAP İsmayıllı rayon təşkilatı Baytarlıq İdarəsinin ərazi ilk təşkilatında “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon Baytarlıq İdarəsinin müdiri Barat Şahalıyev Ulu öndərin Azərbaycana rəhbərlik dövrünü xalqımızın tarixi yaddaşına Heydər Əliyev epoxası kimi daxil olmasını qeyd edib. Bu dövrün, Azərbaycanın inkişaf mərhələsinin ən şərəfli səhifələri, beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edildiyini, daxili və xarici siyasət strategiyası, xüsusən sosial-iqtisadi inkişafın bəhrələri olduğunu söyləyib.
Azərbaycançılıq ideologiyası
Natiq diqqətə çatdırıb ki, bu dövrün ən böyük uğuru, Azərbaycan dövləti tərəfindən qazanılan müstəqilliyin qorunub saxlanması, onun möhkəmləndirilməsi və inkişaf etdirilməsi olub.
Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri olmasını vurğulayıb. O bildirib ki, ümummilli lider Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun müəyyənləşdirdiyi müstəqil dövlətçilik siyasəti xalqımızın gələcəyinə yönəlmişdir və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Bu siyasi xətt qloballaşan dünyanın yeni nizamına uyğun olaraq, bəzi məqamlarda isə ona təsir göstərərək təkamül yolu ilə inkişaf edir. Məhz buna görədir ki, Azərbaycan dünya siyasətində öz sözünü deməklə yanaşı, digər dövlətlərin də problemlərini həll etməyə qadir olan dövlətə çevrilir. Bunun üçün sarsılmaz zəmin – dahi Heydər Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici və daxili siyasəti olan hüquqi, demokratik, müstəqil Azərbaycan dövləti və bu ideyaların daşıyıcısı Azərbaycan xalqı və onu yeni zəfərlərə aparan müdrik Prezidenti – İlham Əliyev vardır.
Sonda partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
Ramid Qasımov

Şərh Yaz