Yaddas kitabcasi

Elan
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci tələbə qəbulu elan edir
Əziz abituriyentlər!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 168 saylı qərarı ilə 11 ixtisas üzrə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci açılmış və TQDK-nın tələbə qəbulu planına daxil edilmişdir.

Ali məktəblərə sənəd vermiş və lazımi balı toplamamış abituriyentlərimiz avqustun 6-dan sonra ballarına uyğun olaraq Kollecimizi seçə bilər, orta təhsil bazasından isə iyulun 17-dən avqustun 15-dək müddətdə elektron yolla sənəd verərək TQDK-nın təşkil etdiyi imtahan vasitəsi ilə Kollecə daxil ola bilərlər.
İxtisaslar:
1. Müalicə işi – (tam orta təhsil bazasından)
2. Məktəbəqədər təlim və tərbiyə – (ümumi orta təhsil bazasından)
3. Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti – (tam orta təhsil bazasından)
4. İnformatika müəllimliyi (ümumi və tam orta təhsil bazası üzrə)
5. Aqrar (fermer) təsərrüfatının təşkili – (tam orta təhsil bazasından)
6. Mühasibat uçotu – (ümumi orta təhsil bazasından)
7. Dekorativ tətbiqi incəsənət və xalq sənəti – (ümumi orta təhsil bazasından)
8. Turizm və onun təşkili – (tam və ümumi orta təhsil bazasından)
9. Ət və süd məhsullarının texnologiyası – (tam orta təhsil bazasından)
10. Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası – (tam orta təhsil bazasından)
11. Taxıl və taxıl məhsullarının saxlanılması və emalı texnologiyası – (ümumi orta təhsil bazasından)
Ünvan: İsmayıllı şəhəri, Natiq Behdiyev küçəsi 19
Əlaqə telefonları: (020) 285-12-69, 050-458-13-85
Direktorluq

Şərh Yaz