Çox faydalı olacaq

Çox faydalı olacaq
Adi həqiqətdir ki, səmimi və mehriban münasibətlərdən, qəlbən yaxşılığa köklənməkdən, dostluqdan insanlar da, bölgələr də, ölkələr də qazanır. Bu gün üçün həm mənəvi, həm də maddi qazanc olanlar sonrakı nəsillərin həyatında mənəvi sərvətə çevrilir. Nümunə üçün Yaponiya-İsmayıllı əməkdaşlığının möhkəm dostluğa çevrilməsindən söz açmaq olar.
Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə rayonumuzda neçə-neçə layihələr həyata keçirilmişdir. Bu layihələr təhsil, səhiyyə, mədəniyyət, ekologiya sahələrini və digər sosial problemləri əhatə etməklə, əhalinin ehtiyac duyduğu məsələlərin həllinə yönəldilmişdir.
Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına qurulanlardan dincəlməyə gələn hər bir soydaşımız burada 1500 kvadratmetr sahədə salınmış “Yapon bağı”nı seyr edir, orada dincəlir. Yapon fəlsəfəsinin motivlərini özündə əks etdirən bu bənzərsiz bağda istirahət etmək olduqca xoşdur. Yaponiyanın “Kosiqi” korporasiyası tərəfindən salınmış bu bağa onun rəhbəri Kosiqi Saki hər dəfə Azərbaycana gələndə baş çəkir.

Çox faydalı olacaq Çox faydalı olacaq
İşgüzar dostluqdan qazandıqlarımız təkcə bunlar deyil.
Aparılan danışıqlara və razılaşmalara əsasən yaxın gələcəkdə Yaponiyanın İto və Azərbaycanın İsmayıllı şəhərləri arasında qardaşlaşma müqaviləsi imzalanacaqdır. Bu müqavilə qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-biri ilə daha sıx əməkdaşlığına, dostluğuna xidmət edəcəkdir.
Təklif hər iki ölkənin rəhbərliyi tərəfindən bəyənildikdən sonra bu istiqamətdə müzakirələr aparılmış və müqavilənin hazırlanmasına başlanılmışdır.
Şübhəsiz ki, qardaşlaşma müqaviləsi qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-biri ilə daha sıx əməkdaşlığına xidmət edəcəkdir. Hər iki xalqın bir-birindən öyrənə və faydalana biləcəyi şeylər çoxdur. İki şəhər arasında gələcəkdə təşkil ediləcək mədəni proqramlar, müxtəlif iqtisadi layihələr, təcrübə mübadiləsi xalqlarımız üçün çox faydalı olacaqdır.
Azərbaycan-Yaponiya münasibətlərinin tarixində ilk dəfə olaraq İsmayıllı və İto qardaşlaşmış şəhərlər elan ediləcəkdir.
Çox faydalı olacaq Çox faydalı olacaq
Bir neçə ay əvvəl İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin bir qrup şagirdi İto şəhərinin məktəbliləri ilə məktublaşma qərarına gəldilər. Yaponiyaya özləri haqqında məlumatları və şəkillərini göndərdilər. Məktəblilərimizin qısa və məzmunlu məktubları yaponiyalı məktəblilərin ürəyincə olub. Yaponiyada həmin məktublardan güşə yaradılıb. İto məktəbliləri üçün burada öz dostunu seçmək heç də çətin olmayıb. Məktublaşmanın davamlı dostluğa çevriləcəyinə çox ümidliyik.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Aytəkin Əhmədova məsələ ilə əlaqədar bu fikirdədir:
– İsmayıllı və İto şəhərinin məktəbliləri arasında olan şagird və müəllim yazışmaları, təşkil olunmuş mədəni proqramlar, müxtəlif layihələr, təcrübə mübadilələri və təhsillə bağlı proqramlar şəhərimiz, xüsusilə də şəhər 1 nömrəli tam orta məktəbi üçün çox faydalı olacaqdır.

Ş.Soltanov

Şərh Yaz