Regional seminar

Regional seminar
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazovun rəhbərliyi ilə 13 iyul tarixində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin iclas zalında 16 və 17 saylı ərazi şöbələrini əhatə edən Səhmdar Cəmiyyətlərin nümayəndələrinin seminarı keçirilib.Regional seminar
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazovun rəhbərliyi ilə 13 iyul tarixində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin iclas zalında 16 və 17 saylı ərazi şöbələrini əhatə edən Səhmdar Cəmiyyətlərin nümayəndələrinin seminarı keçirilib.
Regional seminar
Seminarda İsmayıllı Səhmdar Cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı Şamaxı, Ağsu, Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, Oğuzdan olan nümayəndələr bir araya gəlmişlər. Səhmdar cəmiyyətlərində dövlət əmlakının qorunub-saxlanılması, SC-nin fəaliyyəti, maliyyə vəziyyəti, dövlət və büdcədən kənar fondlara olan borcları, onların qanunvericiliyə uyğun silinməsi ilə bağlı tədbirlər görülməsi ətrafında müzakirələr aparılıb.
SC-lərin özəlləşdirilməsi istiqamətində görülən işlər, özəlləşdirilmənin sürətləndirilməsi, idarə heyətinin sədri boş olan və ya həvalə edilmiş SC-lərinə təyinatların həyata keçirilməsi, birinci və növbəti ümumi yığıncaqların keçirilməsinin təmin edilməsi gündəlikdə duran məsələlər sırasında idi.
Regional seminar
Seminarda həmçinin istismar müddətini tam başa vurmuş, istehsala yararsız, o cümlədən əlavə vergi yükü yaradan əsas vəsaitlərin balansdan silinməsi, SC-lərdə zəbt olunma halları və onların qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi kimi fikirlər də səsləndirilib.
SC-lər tərəfindən illik xüsusi hesabatlar, balans və registr hesabatlarının təqdim edilməsi, dövlət büdcəsinə dividendlərin ödənilməsi ilə bağlı mövcud vəziyyət də seminar iştirakçılarının nəzərinə çatdırılıb.
Seminarda İsmayıllı SC nümayəndələrindən Sadıq Bağırov, Ramil Məmmədov, Zəfər Məmmədov sözü gedən sahədə rayonda olan vəziyyətlə bağlı fikirlərini səsləndiriblər.
Regional seminarda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev iştirak edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz