Yaddas kitabcasi

İsmayıllı yazarları bir arada

İsmayıllı yazarları bir arada
Əsası “Əkinçi” qəzetindən başlayan Azərbaycan mətbuatı uzun və şərəfli, həm də çətin yol keçmişdir. Əsası Həsən bəy Məlikzadə Zərdabi tərəfindən 1875-ci ilin iyul ayının 22-də qoyulan qəzet çox çətinliklə nəşr edilmişdir. Qəzet təkcə informasiya işini həyata keçirməklə kifayətlənməyib, eyni zamanda milli jurnalistikamızın elmi-nəzəri anlayış və kateqoriyalarını, yaradıcılıq prinsip və meyarlarını, terminoloji əsaslarını formalaşdırıb. Odur ki, XIX əsrin sonu və XX əsrdə zəngin və çoxsahəli inkişaf yolu keçən Azərbaycan jurnalistikası və mətbuatının tarixi təcrübəsi indiki müstəqillik dövründə daha çox maraq doğurur. Azərbaycan milli mətbuatı və jurnalistikası həm də azad söz, vətəndaş cəmiyyəti, müstəqil dövlət uğrunda mübarizə vasitəsi rolunu oynamışdır.İsmayıllı yazarları bir arada

Əsası “Əkinçi” qəzetindən başlayan Azərbaycan mətbuatı uzun və şərəfli, həm də çətin yol keçmişdir. Əsası Həsən bəy Məlikzadə Zərdabi tərəfindən 1875-ci ilin iyul ayının 22-də qoyulan qəzet çox çətinliklə nəşr edilmişdir. Qəzet təkcə informasiya işini həyata keçirməklə kifayətlənməyib, eyni zamanda milli jurnalistikamızın elmi-nəzəri anlayış və kateqoriyalarını, yaradıcılıq prinsip və meyarlarını, terminoloji əsaslarını formalaşdırıb. Odur ki, XIX əsrin sonu və XX əsrdə zəngin və çoxsahəli inkişaf yolu keçən Azərbaycan jurnalistikası və mətbuatının tarixi təcrübəsi indiki müstəqillik dövründə daha çox maraq doğurur. Azərbaycan milli mətbuatı və jurnalistikası həm də azad söz, vətəndaş cəmiyyəti, müstəqil dövlət uğrunda mübarizə vasitəsi rolunu oynamışdır.

İsmayıllı yazarları bir arada
Mətbuatın ictimai-mədəni əhəmiyyəti barədə Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabi deyirdi:
– Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun; yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxanda xalqı aynada görən kimi görsün. Əlbəttə, qəzetin belə ayna kimi olmağı xalq ilədir, yəni hər kəs gərək öz dərdini, xahişini qəzetlərində bəyan etsin ki, onların barəsində işdən xəbərdar olanlar mübahisə etməklə onların yaxşı-yamanlığını aşkar etsinlər, ta ki, ol işi görən onun yaxşı ya da yamanlığından agah olub, sonra peşmançılıq çəkməsin. (“Əkinçi” qəzeti, 18 dekabr, 1875-ci il, №11).
Azərbaycan milli mətbuatının ayrılmaz qolu olan rayon qəzetlərinin keçdiyi yol maraqlı və çətin olub. Əsas çətinlik kadr çatışmazlığı, avadanlıqların azlığı, maddi-texniki bazasının kasadlığı olub. İstər redaksiyalarda, istərsə də mətbəələrdə yüksək ixtisaslı kadrlar olmayıb. Bu sahəyə işə gələnlər həm işləyir, həm də öyrənirdilər. Çox primitiv, həm də keyfiyyətsiz kağızda çap edilən qəzetlər, əksərən iki səhifəlik vərəqlərdən ibarət idi. Azərbaycan Respublikası inkişaf etdikcə bu sahəyə də yeniliklər gəldi. Buna baxmayaraq ötən əsrin 90-cı illərində bütün sahələrdə olduğu kimi, mətbuat aləmində də durğunluq yaşandı.
İsmayıllı yazarları bir arada
İkinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyini yenidən quran ulu öndər Heydər Əliyev Milli Mətbuatımızda da əsaslı dəyişikliklərə imza atdı. Onun uzaqgörənliyi sayəsində mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ümummilli liderin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci il iyulun 31-də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” hazırlanaraq təsdiq edildi. Bundan bir il sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Nəticə etibarilə, bütün bunlar medianın tərəqqisini mümkün etdi.
Bu gün respublikamızda kifayət qədər qəzet və jurnal nəsr edilir. Onların əksəriyyətinin keyfiyyəti müasir oxucunu qane etmir. Bəzən kəmiyyət keyfiyyəti üstələyir. Belə qəzetlər kimlərinsə sifarişi ilə adamlara qara yaxır, faktları təhrif edir, hətta, təhqirdən belə çəkinmirlər. Bu qəzetlərin dili haqqında danışmağa belə dəyməz. Orfoqrafiya, üslub səhvlərinin sayı-hesabı bilinmir. Adamda belə təsəvvür yaranır ki, bu qəzetləri buraxanların Azərbaycan dilindən, onun qrammatikasından xəbərləri belə yoxdur. İndiki qəzetlərin bəzilərinin işçiləri yerlərdə şantaj və reketçiliklə, hədə-qorxu ilə məşğul olurlar. Ən pisi də odur ki, belələri jurnalist adına ağır ləkə gətirir, layiqli, əsl jurnalist adını batırırlar.
İsmayıllı rayonunda yerli qəzet 1934-cü ilin noyabr ayında nəşrə başlamışdır. “Yeni İsmayıllı” kimi fəaliyyətə başlayan rayon qəzeti müxtəlif səbəblərdən “Zəhmətkeş”, “Cavanşir yurdu” və “Girdiman” adları ilə işıq üzü görüb. Təəssüflər olsun ki, sonuncusu 2002-ci ildən çıxmaqla, özünü əvvəlki qəzetlərin sələfi hesab etmədi. Bu arada yaranan qəzet boşluğunda “İsmayıllı xəbərləri” meydana gəldi.
2008-ci ilin yanvar ayından çıxan qəzet qısa müddətdə ətrafına xeyli yazar topladı, oxucuların sevimlisi oldu. Qəzet fəaliyyətinin ikinci ilində Mətbuat Şurasının üzvlüyünə qəbul olundu. Bunu qəzetdə çalışanların əməyinə verilən dəyər, qəzetin mövqeyi kimi də qəbul etmək olar.
“İsmayıllı xəbərləri” fəaliyyətinin 6-cı ilindədir. Ayda iki dəfə çıxan qəzet bu ilin mart ayından yeni iş rejiminə keçib. O vaxtdan oxucular hər ay qəzetin 3 sayını oxuya bilirlər. Bu hələ son hədd deyil. Maliyyə imkanları yarandığı, rayonda mətbəə açılacağı halda qəzetin həftəlik çıxacağına tam əminik.
Yaradıcı kollektiv ilə bayram ərəfəsindəki söhbəti zamanı qəzetin baş redaktoru qarşıda duran vəzifələrdən danışdı, qəzetə göstərdiyi doğma münasibətə görə rayon rəhbərliyinə, qəzetin işıq üzü görməsində zəhməti olanlara minnətdarlıq etdi.
Milli Mətbuatımızın 138-ci ildönümü münasibəti ilə iyul ayının 22-də Qala şadlıq sarayında tədbir keçirilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir peşə sahəsinə xüsusi diqqət göstərir, peşə bayramlarında birgə olur, dəstək durur. Belə ki, İsmayıllıda RİH başçısının iştirakı ilə peşə bayramlarının keçirilməsi ənənə halını alıb. Milli Mətbuat Gününün yüksək səviyyədə keçirilməsi də buna əyani sübutdur. Gözəl məkanda təşkil edilmiş bayramda RİH aparatının, hüquq mühafizə orqanlarının əməkdaşları, keçmiş jurnalistlər, yazıçılar, şairlər, incəsənət ustaları iştirak edirdi. Dəvətlilər ilk öncə rayon yazarlarının kitabları və “İsmayıllı xəbərləri” qəzetinin nömrələrindən təşkil edilmiş sərgiyə tamaşa elədilər. Sonra gözəl hazırlanmış çay süfrəsinin arxasında əyləşdilər. Hər kəsin üzündə səmimi, içdən gələn təbəssüm vardı. Masa arxasında əyləşmiş insanların mehriban, xoş ünsiyyəti, bayramlarını təbrik etməsi insan qəlbində xoş duyğular oyadırdı.
İmzası ilə şöhrət qazanmış jurnalist Lətifə Əliyeva tədbiri açaraq, hamını salamladı. Mətbuatımızın keçdiyi inkişaf yolu haqqında məlumat verdi. O, qeyd etdi ki, İsmayıllıda mətbuatın tarixi 1934-cü ildən başlanmasına baxmayaraq bu tarix dəyişdirilmişdir. Lətifə xanım çıxışından sonra sözü RİH başçısı Mirdaməd Sadıqova verdi. Mirdaməd müəllim günün əhəmiyyətindən danışdı. IV hakimiyyət hesab edilən jurnalistikanın cəmiyyətdə ictimai fikrin formalaşdırılmasında müstəsna rol oynadığını dedi. İsmayıllıda gedən quruculuq-abadlıq işlərinin işıqlandırılması, gənclərimizin maarifləndirilməsində qəzetin yüksək əhəmiyyət daşıdığını bildirdi.
RİH başçısının humanitar məsələlər üzrə müavini Sevil Əhmədova jurnalistika sahəsində fərqlənənlərə rayon rəhbərliyi tərəfindən ayrılmış mükafatları təqdim etdi.
Fizuli Baxışovun sözlərinə bəstələnmiş mahnını Sahibə Abdullayeva ifa edərək oradakılara zövqlü anlar yaşatdı.
Azərbaycanın tanınmış, İsmayıllıların fəxri olan şair Musa Yaqubun tədbirdə iştirak etməsi tədbirdəkilərin əhval-ruhiyyəsini daha da artırmışdı. Şair çıxışında şeirlərindən səsləndirdi. Hamı şairi xoş ovqatla dinləyirdi.
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanovun çıxışı diqqət mərkəzində idi. Gələnlərə təşəkkür edən şair Şahməmməd Dağlaroğlu göstərilən qayğıya görə minnətdarlıq etmişdir. Baş redaktor qəzetlə yaxından əməkdaşlıq edənlərə təşəkkür əlaməti olaraq Diplomlar təqdim etdi.
RİH-in məsul işçisi Valeh Salehov çıxış edərək qəzetə daim diqqət göstərməyin vacibliyini bildirmişdir.

İsmayıllı yazarları bir arada
Respublika Müstəqil Mətbuat və İnformasiya Şurasının sədri Raqif Nazimoğlu jurnalistləri təbrik edərək, mətbuatın inkişafından danışdı.
Aşıq Yanvar, Piralı Şıxıyev, Qalib Güləliyevin ifaları tədbirə yüksək ruh qatırdı.
B. Babayev,
Ç.Bəhərçinli

Şərh Yaz