Yaddas kitabcasi

Əbədiləşən xatirə

Əbədiləşən xatirə
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər zaman şəhid ailələrinə xüsusi diqqət göstərir. Bunun bariz nümunəsi kimi, İstisu kəndində bulağın tikintisini göstərə bilərik. Belə ki, Mirdaməd müəllim bir müddət bundan əvvəl İstisu camaatı ilə görüş keçirərkən Məhəmməd kişi Qarabağ müharibəsində itkin düşmüş oğlunun xatirəsini hər hansı bir formada əbədiləşdirməyi xahiş etmişdi. Mirdaməd müəllim şəhidin xatirəsini əbədiləşdirmək üçün məktəbin girəcəyində bulağın tikintisini məqsədəuyğun hesab etmişdir. Şəhid Fərman Feyzullayevin xatirəsini əbədiləşdirən bulağın açılışı iyul ayının 9-da baş tutmuşdur. Əbədiləşən xatirə

Əbədiləşən xatirə
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər zaman şəhid ailələrinə xüsusi diqqət göstərir. Bunun bariz nümunəsi kimi, İstisu kəndində bulağın tikintisini göstərə bilərik. Belə ki, Mirdaməd müəllim bir müddət bundan əvvəl İstisu camaatı ilə görüş keçirərkən Məhəmməd kişi Qarabağ müharibəsində itkin düşmüş oğlunun xatirəsini hər hansı bir formada əbədiləşdirməyi xahiş etmişdi. Mirdaməd müəllim şəhidin xatirəsini əbədiləşdirmək üçün məktəbin girəcəyində bulağın tikintisini məqsədəuyğun hesab etmişdir. Şəhid Fərman Feyzullayevin xatirəsini əbədiləşdirən bulağın açılışı iyul ayının 9-da baş tutmuşdur. Açılışda iştirak edən başçı, şəhid atası Məhəmməd kişi ilə, ağsaqqallarla, açılışa gələnlərlə görüşüb. Məhəmməd Feyzullayev oğlunun xatirəsinə göstərdiyi ehtirama, onu uca tutduğuna görə rayon rəhbərliyinə təşəkkür edib.

“İsmayıllı xəbərləri”

Şərh Yaz