ASAN – adını doğruldan xidmət


ASAN Xidmət Mərkəzinin səyyar briqadası regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi kimi bir vəzifəni icra edir. Mərkəz müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslarla İsmayıllı şəhərində əhaliyə xidmət göstərməyə başlayıb. ASAN – adını doğruldan xidmət
ASAN Xidmət Mərkəzinin səyyar briqadası regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi kimi bir vəzifəni icra edir. Mərkəz müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslarla İsmayıllı şəhərində əhaliyə xidmət göstərməyə başlayıb.

Keçirilən açılış tədbirdə RİH başçısının birinci müavini Rövşən Ağayev Asan Xidmətin İsmayıllı sakinləri tərəfindən sevinclə qarşılandığını deyib. O, RİH başçısının, ismayıllıların adından ölkə Prezidentinə təşəkkür edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Anar Hüseynov rayonda həyata keçirilən xidmətlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunduğunu deyib. Eyni zamanda bildirib ki, sakinlər natoriat, şəxsiyyət vəsiqələrinin verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən, həmçinin əmək pensiyalarının təyin edilməsi, torpaq kadastrı, yaşayış evləri üzərində mülkiyyət hüquqlarının və daşınmaz əmlakın dövlət qeydiyyatına alınması xidmətlərindən yararlana bilərlər. ASAN xidmətin regionlarda həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat və əlçatan formada çatdırmaqdır.

Sonda onu da bildirək ki, İsmayıllı rayonunun sakinləri 18 iyuldan başlayaraq ayın 29-dək ASAN səyyar xidmətdən asanlıqla istifadə edə biləcəklər.
Səyyar formada göstərilən xidmətlər:
Ədliyyə Nazirliyi:
-notariat fəaliyyəti;
Daxili İşlər Nazirliyi:
-şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
-ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
-sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi:
-torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
Dövlət Sosial Müdafiə Fondu:
-əmək pensiyalarının təyin edilməsi;
Əmlak Məsələləri Dövlət Komitəsi:
-Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Hüquqi yardım xidməti:
Yardımçı xidmətlər:
-bank hesablarının açılması;
-valyuta mübadiləsi;
-dövlət rüsumlarının və xidmət haqlarının qəbulu;
-inzibati xətalara dair cərimələrin qəbulu;
Sığorta:
-avtomobillərin sığortası;
-daşınmaz əmlakın sığortası.
Ş.Soltanov

Şərh Yaz