Yaddas kitabcasi

Qayğı, diqqət və razılıq

Qayğı, diqqət və razılıq
14 iyul səhəri. İsmayılı şəhərinin baş meydanı. Həmişəkindən fərqli, xoş bir mənzərə. Səhər saat 07:30 olmasına baxmayaraq, meydanda qələbəlikdir. Hər kəsin üzündə aydın sezilən sevinc, təbəssüm, eyni zamanda həyəcan var. Hamı bir-birini salamlayır, biri-birinə xoş arzularını çatdırır, uğurlar diləyir. Günün belə qeyri-adi olmasına səbəb isə, həmin gün Göyçay şəhərində abituriyentlərin 3-cü ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanları idi. Qayğı, diqqət və razılıq
14 iyul səhəri. İsmayılı şəhərinin baş meydanı. Həmişəkindən fərqli, xoş bir mənzərə. Səhər saat 07:30 olmasına baxmayaraq, meydanda qələbəlikdir. Hər kəsin üzündə aydın sezilən sevinc, təbəssüm, eyni zamanda həyəcan var. Hamı bir-birini salamlayır, biri-birinə xoş arzularını çatdırır, uğurlar diləyir. Günün belə qeyri-adi olmasına səbəb isə, həmin gün Göyçay şəhərində abituriyentlərin 3-cü ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanları idi.

Qayğı, diqqət və razılıq
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da burada idi. Mirdaməd müəllimin abituriyentlər arasında olmasından hər kəsin fərəh hissi keçirdiyi duyulurdu. Meydana toplaşanların əksəri bu birliyi ölkə və rayon rəhbərliyinin diqqət və qayğısı kimi qəbul edir, razılıqlarını bildirirdilər.
RİH başçısının tapşırığı əsasında abituriyentlərin Göyçay şəhərinə aparılması üçün avtobuslar ayrılmışdı. Abituriyentlərin yolda və imtahan zamanı içəcəkləri suya qədər tədarük edilmiş, ən xırda detallar belə düşünülmüşdü. Bu həm maddi, həm də mənəvi baxımdan yaxşı hal idi.
İsmayıllının təmiz, xoş əhval-ruhiyyə bəxş edən, gözəl havası insan ruhuna zövq verirdi. Belə zövqlü anları yaşayan abituriyentlər tək olmadıqlarını, onlara xüsusi qayğının göstərildiyini görüb fərəhlənirdilər.
Meydandakılar bir an içində Heydər Əliyev Mərkəzinin qarşısına toplaşdılar. Buna səbəb müstəqil həyata yenicə qədəm qoymuş, tələbə olmaq arzusu ilə ürəkləri həyəcanla döyünən məzunlara xoş sözlərini söyləmək, uğur arzulamaq, bununla yanaşı, təhsillə bağlı son məlumatları toplaşanlara çatdırmaq istəyən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun çıxışı oldu. Rasim müəllim tələbə adını qazanmağa çalışan gənclərə uğurlar dilədi, son illər rayon təhsilində əldə edilən nailiyyətlərdən danışdı, əvvəlki illərlə müqayisədə bu il İsmayıllıdan olan abituriyentlərdən daha yüksək nəticələr gözlənildiyini diqqətə çatdırdı. Bunu ölkə başçısının təhsilə göstərdiyi diqqətlə əlaqələndirən natiq söylədi ki, bu il orta ümumtəhsil məktəblərini bitirən 972 nəfərdən 900 abituriyent tələbə adı qazanmaq üçün mübarizə aparır. Bu gün Göyçayda baş tutacaq 3-cü qrup imtahanlarında isə 365 nəfər iştirak edir.
Qayğı, diqqət və razılıq Qayğı, diqqət və razılıq
İsmayıllı rayonunun qocaman, təcrübəli təhsil işçisi Fərman Bəşirov meydana toplaşanları salamladı, gənclərin savadlanmasına göstərdiyi diqqət və qayğıya görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova təşəkkür etdi. Fərman müəllim tələbə adını qazanmaq istəyən məzunların hamısına öz arzularına çatmağı arzuladı. Eyni zamanda abituriyentlərə bidirdi ki, bu günə qədər ata-analarının övladları sayılırdılarsa, bu gündən sonra İsmayıllının övladlarıdırlar, gələcəkdə isə bir övlad kimi bütün Azərbaycanı təmsil etməli olacaqlar.
Avtobusların yola düşməsinə bir neçə dəqiqə qalir. Kütləvi informasiya vasitələrinin bu izdihamı işıqlandırmasını görən məzunlar özləri haqda həvəslə məlumat verməyə qoşulurlar.
Sevinc Əliağalı – 6 nömrəli tam orta məktəb:
– Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil almaq arzusundayam. İstəyimə çatmağıma valideynlərim, müəllimlərim daim dəstək durublar. İstedadımı nəzərə alan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd müəllim məni kompyuter dəsti ilə mükafatlandırıb. Bu qayğını dəyərləndirmək başlıca məqsədlərimdən biridir. Dünya səviyyəsində rəssamlıq sərgimi keçirmək istərdim.
Aytac Kamilli – 1 nömrəli tam orta məktəb:
– Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq istəyirəm. Hədəfim yaxşı müəllim olub, savadlı gənc nəsil yetişdirməkdir. Vətənin gələcəyi bizdən asılıdır. Ona görə indi təhsil almalıyıq ki, gələcək uşaqları sağlam düşüncəli, bilikli böyüdə bilək. İmtahan öncəsi olmağına baxmayaraq elə də həyəcanlı deyiləm. Arzu edirəm ki, abituriyentlər istədikləri ali məktəblərə qəbul olunsunlar. Hamıya uğurlar arzulayıram.
Ayşən Mikayılova – 3 nömrəli tam orta məktəb:
– Hüquq fakültəsinə daxil olmaq istəyirəm. Dövlətin daxili və xarici siyasətini dərindən öyrənib, bacarıqlı vəkil olmaq arzusundayam. Bir qədər həyəcanlıyam. Yəqin ki, bu da ötəri bir hissdir.
Nərgiz Soltanlı – Təzəkənd kənd tam orta məktəbi:
– Uşaqlarla işləməyi çox xoşladığım üçün, bağça müəlliməsi olmaq arzusundayam. Kifayət qədər bal toplayacağıma əminəm.
– Gülqədəm Fərmanlı – Cülyan kənd tam orta məktəbi:
– Hüquqşünas olmaq arzusundayam. Qanunlarımızın hazırlanmasında, onların işlək olmasında, həyatda tətbiqində əməyimin olmasını istəyərdim.
İbrahim İbrahimli – 3 nömrəli tam orta məktəb:
– Arzum vətənə layiq vətəndaş olmaqdır. Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olmaq arzusundayam. Bu ixtisası seçməkdə məqsədim vətənin tarixini dərindən öyrənmək və dünya xalqlarına Azərbaycan həqiqətlərini çatdırmaqdır.
Vüsalə Ağasıyeva – 6 nömrəli tam orta məktəb:
– Tarix sevdiyim fənn olduğu üçün bu fakültədə təhsil almaq istəyim var.
İmtahanın gedişi üçün ayrılmış vaxt başa çatır. Rəsul Rza adına Göyçay şəhər 1 nömrəli tam orta məktəbin qapıları açılır və sınaqdan çıxmış abituriyentləri küçədəki izdiham alqışlarla qarşılayır.
Bir neçə saat əvvəl ayrıldığım gənclərdən birinə yaxınlaşırıq.
5 nömrəli tam orta məktəb – Xədicə Kamalova:
– İmtahanlarda qarşılaşdığım suallar bir qədər çətin idi. Buna baxmayaraq, onların böyük əksəriyyətini yaxşı cavablandırdığıma inanıram.
3 nömrəli tam orta məktəbin şagirdi Nərgiz İbrahimli bizə yaxınlaşdı. Onun təəssüratları ilə maraqlandıq:
– İmtahanın keçirilməsi üçün yaxşı şərait yaradılmışdı. Suallar sadə idi. Ən azı 400 bal toplaya biləcəyimə inanıram.
5 nömrəli tam orta məktəbin məzunu Aygül Kərimli də söhbətə qoşulur:
– İmtahanda yaradılan şəraitdən razı qaldım. Suallar çətin deyildi. 600 baldan yüksək nəticə göstərəcəyimə ümid edirəm.
Övladlarının müvəffəqiyyətlə imtahan verməsindən sevinən valideynlərdən biri diqqətimizi çəkir. Yaxınlaşıb özünü təqdim etməsini, sevincini bizimlə bölüşməsini xahiş edirik:
Valideyn – Ənvər Gülməmmədov :
– Bir valideyn kimi onu deyim ki, Göyçay rayonu ilə İsmayıllı rayonunun mühitində müəyyən qədər eynilik var. Bu da uşaqların imtahanqabağı psixoloji durumuna bir növ köməkdir. İmtahana qatılan məzunların təşkil olunmuş şəkildə imtahan yerinə gətirilməsi məsələsini hamı kimi mən də bəyənir və alqışlayıram. Bu bir başlanğıcdır. Fikrimcə, belə halın davam etdirilməsi tək mənim deyil, bütün valideynlərin ürəyincə olacaq. Bu təşkilatçılıq abituriyentlərin özlərini daha sərbəst hiss etmələri ilə yanaşı, övladını oxutdurmaq istəyən valideynlərin maddi vəziyyətinə də müsbət təsir edir. Valideynlər adından bu faydalı işin təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, gələcəkdə bu istiqamətdə görülən işlər daha da genişləndiriləcəkdir.
Abituriyentlər imtahandan çıxdıqca, yavaş-yavaş avtobuslara əyləşirlər. Bu arada sınağa çəkilənlərdən heç də az qayğılı görünməyən İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanova yaxınlaşıb, fikirlərini öyrənirik:
– Rayonumuzda bayram əhval-ruhiyyəli bir gün başlanıb. Çünki, abituriyentlərimiz imtahan verirlər. Hər il imtahanların nəticələri yüksək olur. Keçən il 17 nəfər 600-dən yuxarı, 44 nəfər 500-600 arası bal toplamışdı. Buna səbəb isə məzunlarımızın hazırlıq səviyyəsinin yüksək olması idi. Bununla yanaşı, onu da qeyd edim ki, ötən illərdə şagirdlərimizin imtahana getməsində müəyyən çətinliklər yaranırdı. Uşaqlar bir gün öncədən getməlli olurdu. Lakin, bu gün gördüyünüz kimi, rahat, yüksək şəraitli 7 avtobus ayrılıb. Abituriyentlərimizlə yanaşı, onların valideynlərinin getməsi üçün də şərait yaradılıb. İnanıram ki, imtahan üçün yaradılmış yüksək şərait nəticələrə də müsbət təsir göstərəcək. Əvvəlki illərdə savadlı uşaqlarımızdan bəziləri biliklərini yüksək səviyyədə nümayiş etdirə bilmirdi, psixoloji gərginliyə düşürdü. Lakin, bu il uşaqların üzlərində olan inam, onu deməyə əsas verir ki, nəticəmiz daha yüksək olacaq.
Göyçayda 1 və 7 nömrəli tam orta məktəblərdə, eləcə də kollecdə imtahanlar yaxşı təşkil olunmuşdu. İsmayıllı kimi, digər ətraf rayonlardan gələnlər də yaxşı qarşılanırdı. Ancaq, ismayıllılarda olan kollektivçilik, işin yüksək səviyyədə təşkili göyçaylıların və digər rayonlardan gələnlərin diqqətinə, təəccübünə, eyni zamanda, sevincinə səbəb oldu. Bizim işimizdən razı qaldıqlarını bildirirdilər. Yüksək səviyyədə təşkilatçılıq özünü göstərdi.
Onu da qeyd edim ki, rayonumuz yüksək nəticələrə görə ötən il Respublikada 2-ci yeri tutmuşdu. Mən elə bilirəm ki, nəinki eyni nəticəni təkrarlayacaq, məzunlarımız nəticəni daha da yaxşılaşdıracaqlar. Uşaqlarımızın əhval-ruhiyyəsindən də bu hiss olunur.
İmtahanları müvəffəqiyyətlə verib sevinclərini valideynləri, məktəbli dostları ilə bölüşən abituriyentlər, onları Göyçaya gətirən avtobuslara əyləşib doğma rayona, Azərbaycanın mirvarisi – İsmayıllıya qayıtdılar.
Sonda onu da öyrəndik ki, qəbul imtahanları Respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçirilir. İmtahanların idarə olunması üçün 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2318 nəzarətçi-müəllim cəlb olunub. Bu il 3-cü qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 15622 nəfəri builki, 10715 nəfəri əvvəlki illərdə məktəbi bitirən məzunlardır.
TQDK-nın Göyçay Regional Bölməsinin rəsmi nümayəndəsi bildirdi ki, bu il III qrup üzrə sınağa qatılanlardan ən yaşlısı 1956-cı il, ən gənci isə 1998-ci il təvəllüdlüdür.
Çinarə Bəhərçinli,
Ş.Dağlaroğlu

Şərh Yaz