Aydan Ağayev

Aydan Ağayev
Ağayeva Aydan Mütarif qızı bu il Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbini bitirib. Oxuduğu illər ərzində məktəbin mənafeyini həmişə uca tutub. Bir şagird kimi kollektivdə ad-san qazanıb. Təhsil aldığı illərdə bir-birinin ardınca bilik sahəsində yüksək uğurlara sahib olub. Bu da onu arzusunda olduğu zirvəyə qaldırıb.
Aydan Ağayeva

Onun olimpiada və bilik yarışlarında qazandığı nailiyyətlər barədə qısa da olsa söz açmağa dəyər. Aydan hələ VII sinifdə oxuyarkən dil və ədəbiyyat fənni üzrə rayon olimpiadasında birinci olub. VIII sinifdə oxuyarkən həmin fənn üzrə II və I yer tutub. X və XI siniflərdə “Araz kursları”nın keçirdiyi sınaq imtahanlarında 600-dən yuxarı bal toplayıb. Aydanın uğurlarının hamısını sadalasaq, xeyli yer aparmış olar. Ancaq onun son uğuru haqqında danışmamaq olmaz. O, ümummilli lider H.Əliyevin 90 illiyinə həsr edilmiş Təhsil Nazirliyi və ARDNŞ-in birgə keçirdikləri məktəblilərin “Ekoerudit” respublika ekoloji breyn-rinq yarışının rayon turunda məktəbin komandası I olub. Aydan bu komandaya kapitanlıq edib. Təzəkənd məktəbliləri həmin yarışda respublika turunda II olublar. A.Ağazadənin bir arzusu var. O, Aydan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmaq arzusu ilə yaşayır. Biz inanırıq ki, Aydan bu arzusuna da çatacaq, onun buna imkanı var. Müstəqil və suveren Azərbaycanı bütün dünyada tanıdacaq.
P.S İyul ayının 14-də keçirilən qəbul imtahanında Aydanın 687 bal toplaması xəbəri hamımızı sevindirdi. Əziz oxucular, bu sevinci sizinlə bölüşür, Aydanı hamınızın adından təbrik edirik!
“İsmayıllı xəbərləri”

Şərh Yaz