Yaddas kitabcasi

Şahlarlı Murad

Şahlarlı Murad
Şahlarlı Murad Elxan oğlu 1996-cı il təvəllüdlüdür. Mart ayının 24-də İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Doğma kənd məktəbini bitirib. Oxuduğu illərdə dərs əlaçısı, hamının fəxri olub. Məktəbin rəsm, inşa yazı müsabiqələrində, müxtəlif intellekt oyunlarında iştirak edib, Diplomlar və Fəxri fərmanlar qazanıb. Murad keçirilən fənn olimpiadalarının rayon turunda uğurlu nəticələri ilə fərqlənib. Şahlarlı Murad

2013-cü il 18 mart tarixində Bakı şəhərində keçirilən fənn olimpiadalarının respublika turunda Azərbaycan tarixi fənnindən III yeri tutub, Təhsil Nazirliyi tərəfindən Diplomla təltif olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dövlət Neft Şirkətinin birgə keçirdiyi ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışının rayon və zona turlarında I yeri tutub, respublika-şimal mərhələsində II olub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz