Bayramlı Almaz

Bayramlı Almaz
Bayramlı Almaz Səlim qızı1995-ci ilin oktyabr ayının 1-də Lahıc qəsəbəsində anadan olub. Cari dərs ilində Lahıc qəsəbə tam orta məktəbini bitirib. O, nadir istedada malik gənclərdəndir.
Fənn olimpiadalarının Respublika turunda 2011-ci ildə riyaziyyat fənni üzrə IV, 2012-ci ildə fizika fənni üzrə III, 2013-cü ildə isə IV yeri tutub.

A.Bayramlı 2010-cu ildə, VIII sinifdə oxuduğu vaxt “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın (2006-2010-cu illər) yerinə yetirilməsi çərçivəsində Təhsil Nazirliyinin keçirdiyi yarışda riyaziyyat fənni üzrə III yeri tutub. Məktəbin iştirak etdiyi bir neçə Beynəlxalq layihədə işçi heyətində olub.
Almaz məktəbdə fəal ictimaiyyətçi, intizamlı şagird, dərs əlaçısı kimi tanınıb. Bir neçə il ardıcıl olaraq məktəb üzrə “İlin şagirdi” adını qazanıb. Orta məktəbi bitirərkən keçirilən mərkəzləşdirilmiş imtahanda ana dili və riyaziyyat fənləri üzrə 60 sualın hamısına düzgün cavab verərək “5” qiymət alıb.
2011-ci ildən ata itkisi ilə yaşasa da, elmə olan marağı azalmayıb, üstəlik, daha ciddi çalışıb və orta məktəbdə aldığı təhsil, qazandığı nailiyyətlər “Qızıl medal”a layiq görülüb.
Almaz Bayramlının qəbul imtahanlarından mümkün yüksək bal toplayacağına əminik. Sənə inanırıq, Almaz!
“İsmayıllı xəbərləri”

Şərh Yaz