Ana südü

Ana südü
Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsil möcüzəsi anadır. Ana haqqı – Tanrı haqqı, ana qucağı behişt güşəsidir. Ana müqəddəsdir. Dünyada ən tez qəbul olunan dualar da anaların duasıdır. Analar övlada təkcə həyat vermir, öz həyatını da balasına həsr edir. Ana elə varlıqdır ki, övladı üçün canını belə fəda edər. Peyğəmbərimiz “Cənnət anaların ayaqları altındadır” deyərək, onlara yüksək dəyər verir. Ana südü

Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsil möcüzəsi anadır. Ana haqqı – Tanrı haqqı, ana qucağı behişt güşəsidir. Ana müqəddəsdir. Dünyada ən tez qəbul olunan dualar da anaların duasıdır. Analar övlada təkcə həyat vermir, öz həyatını da balasına həsr edir. Ana elə varlıqdır ki, övladı üçün canını belə fəda edər. Peyğəmbərimiz “Cənnət anaların ayaqları altındadır” deyərək, onlara yüksək dəyər verir.
Ana südü
İstər yarızarafat, istərsə də tam ciddi formada deyilən bir söz var: “Qadın böyük qüvvədir”. Qadını böyük edən, qadını qadın edən ən ülvi hiss və duyğu isə analıq hissidir. Bir sıra mütəxəssislərin fikrincə qız uşağı dünyaya gəldiyi andan artıq bu hiss onda formalaşmış olur, getdikcə dolğunlaşır və günlərin bir günü o, ana olur.
Hazırda qlobal problemlər sırasında ən vacibi anaların körpəni ana südü ilə qidalandırmaqdan imtina etmələridir. İlk öncə ana südünün əhəmiyyətindən qısa da olsa məlumat verək. Ana südü nadir və ideal qidadır. Alimlər tərkibinə görə ana südünü “təbiət fenomeni” kimi qiymətləndirirlər. Hazırda alimlər ana südünün tərkibində 400 komponent aşkar ediblər. Uşaq dünyaya göz açdıqdan 30-60 dəqiqə sonra ana südü ilə qidalanmalıdır. Ana südü körpəni ağır xəstəliklərdən qoruyur.
Bu qədər faydalı, körpələrin əqli cəhətdən sağlam böyüməsini təmin edən südü körpəsinə verməyən bəzi anaları buna vadar edən səbəb nədir? Açığı çox maraqlıdır. Ən dəhşətli hal ondan ibarətdir ki, bəzi analar Allahın ona bəxş etdiyi südü, bir sıra kimyəvi dərmanlar içərək qurutmağa çalır. Dünyaya gətirdiyi övladına süd vermir. Uşağa süd verməyin onu kökəltdiyini, bədən quruluşunu pozduğunu fikirləşir.
Ananın pisi, yaxşısı olmaz deyirlər. Görünür belə deyilmiş. Düşünərsiz ki, səhv edirəm. Əlbəttə, sözüm bütün analara aid deyil. Lakin belələrinin sayı cəmiyyətimizdə getdikcə artmaqdadır. Yəni belə analar övladlarının sağlam ruhda, düşüncədə böyüməsini istəmirlərmi? Mənə elə gəlir ki, ana südü içməyən körpələr cəmiyyətə insana Tanrıdan buyurulan gərəkli keyfiyyətləri qəbul etmədən qoşulurlar. Belə insanların cəmiyyət üçün nə dərəcədə yararlı olması mənim üçün sual altındadır. Düşünürəm ki, ana südü ilə insan şəxsiyyətinə ötürülən xeyirxahlıq, doğmalıq, istiqanlılıq və s. yüksək insani keyfiyyətlər onlara yad olur. Bu isə gələcəyimiz olan körpələrin həyatlarına mənfi təsir edir.
Süd verməkdən imtina edən analar, sözüm sizədir.
Uşağa süd verməyinizin uşaqdan daha çox sizə xeyri var. Mütəxəssislər deyir ki, əmizdirmə son dərəcədə güvənli və təbii bir üsuldur. Süni yollarla südün kəsilməsinə cəhd etmək orqanizmdə qarşısı alınmaz fəsadlar yarada bilər. Körpələrini əmizdirən qadınlarda süd vəzisi xərçəngi əmizdirməyən qadınlara nisbətən 25 faiz daha azdır.
Sizə şad xəbər deyim, əməlinə müasirlik donu geyindirən bəzi analar. Mütəxəssislər deyir ki, körpəsini əmizdirən qadınlar daha tez arıqlamaq imkanı əldə edə bilir. Təbrik edirəm sizi. Artıq bəhanəniz də qalmadı.
Çinarə Bəhərçinli

Şərh Yaz