İnkişaf strategiyası

YAP İsmayıllı rayon təşkilatı YAP Mənzil İstismar Sahəsi ərazi ilk təşkilatında iclas keçirilib.İnkişaf strategiyası
YAP İsmayıllı rayon təşkilatı YAP Mənzil İstismar Sahəsi ərazi ilk təşkilatında iclas keçirilib.
İclası giriş sözü ilə açan YAP Mənzil İstismar Sahəsi ərazi ilk təşkilatının sədri İsmayıl Tarverdiyev bildirib ki, ulu öndər Heydər Əliyevin böyük zəhməti, dəmir iradəsi, sarsılmaz qətiyyəti bahasına qurub-yaratdığı, uğur magistralına çıxardığı, onun layiqli davamçısı prezident İlham Əliyevin daha da inkişaf etdirərək hər bir Azərbaycan vətəndaşının milli qürur yerinə çevirdiyi Azərbaycan dövlətinin səsi artıq dünyanın aparıcı beynəlxalq təşkilatlarından gəlir. Ölkəmizin hər gün durmadan artan nüfuzu bizləri sevindirir, hər birimizdə gələcəyə inam yaradır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişaf gələcəkdə insanların maddi-rifah halının yüksəldilməsinə səbəb olacaq. Respublikamızın bütün bölgələrində olduğu kimi, İsmayıllı rayonunda da tikinti-quruculuq işləri həyata keçirilir, əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədilə yeni iş yerləri açılır.
Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, Ümummilli liderin iqtisadi strategiyasının “Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir…..” söyləyən cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı və davamlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və əldə edilən iqtisadi uğurları ilə dünyanın aparıcı dövlətinə, eləcə də beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla müasir dövrün tələbləri səviyyəsində qurulmaqdadır. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Əlbəttə, bütün bunlar ölkə başçısının ardıcıl və qətiyyətli addımlarının real nəticəsidir.
Bütün bu sadaladığımız faktlara əsaslanaraq qətiyyətlə söyləmək olar ki, Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevə inanır və qarşıdan gələn prezident seçkilərində bu siyasətin alternativsizliyinə olan inamlarını öz səsləriylə bir daha sübut edəcəklər.
Tədbirin sonunda partiyaya yeni qəbul olunmuş YAP üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
Ehtiram Manafov

Şərh Yaz