Yaddas kitabcasi

Ağabalayeva Şəhla Aydın qızı

Ağabalayeva Şəhla Aydın qızı
Amansız ölümün gəlişi məktəbimizin pedaqoji kollektivi üçün ağır itkiyə səbəb oldu.
Ağabalayeva Şəhla Aydın qızı

Amansız ölümün gəlişi məktəbimizin pedaqoji kollektivi üçün ağır itkiyə səbəb oldu. Gözəl və səmimi insan, təmiz qəlb sahibi, bacarıqlı müəllim, tanıyanların sevimlisi Şəhla müəllimə aramızdan vaxtsız getdi.
Ağabalayeva Şəhla Aydın qızı 1981-ci il aprel ayının 6-da İsmayıllı rayonunda anadan olmuşdur.
Ağabalayeva Şəhla Aydın qızı
1999-cu ildə İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir.
2003-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra dünyasını dəyişənədək Lahıc qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.
Dərin biliyi, pedaqoji işgüzarlığı, nəcibliyi və qayğıkeşliyi ilə seçilən Şəhla müəllimə şagirdlərin, pedaqoji kollektivin, eləcə də valideynlərin sevimlisinə çevrilmişdi.
28 iyun onun həyatla vidalaşdığı gün oldu. Ağabalayeva Şəhla Aydın qızının nurlu xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin.
Qəbri nurla dolsun.
İş yoldaşları

Şərh Yaz