Birinci oldular

Birinci oldular
26 iyun, 4 iyul tarixlərində Oğuz rayonunda Silahlı Qüvvələr Gününə həsr olunmuş şahmat üzrə respublika turniri keçirilmişdir.Birinci oldular
26 iyun, 4 iyul tarixlərində Oğuz rayonunda Silahlı Qüvvələr Gününə həsr olunmuş şahmat üzrə respublika turniri keçirilmişdir.
Bu yarışda ümumilikdə 20 şəhər və rayondan olmaqla 200-ə yaxın şahmatçı mübarizə aparmışdır. Rayonumuz yarışda 12 idmançı ilə təmsil olunmuşdur. 10 yaşlı oğlanlar arasında Qəfər Bədəlov 9 oyundan 6,5 xal toplayaraq yaşıdları arasında qalib olmuşdur. Digər şahmatçımız Aqşin Mirzəyev 16 yaşlı oğlanlar arasındakı yarışda ikinci yeri tutmuşdur. Nərmin Hacıyeva 8 yaşlı qızlar arasında üçüncü olmuşdur. Ümumilikdə komandamız yarışda birinci yerə çıxmışdır.
Yarışın sonunda idmançılar medallar və diplomlarla təltif edilmişlər.
Cahangir Niftalıyev,
məşqçi müəllim

Şərh Yaz