Uğur olsun, Emi

Uğur olsun, Emi

ABŞ hökumətinin qeyri-siyasi, qeyri-dini agentliyi olan Sülh Korpusu Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir və 2007-ci ildən etibarən Gənclər və İdman Nazirliyi ilə bağlanmış anlaşma memorandumuna əsasən Gənclərin İnkişafı Layihəsini Azərbaycanın müxtəlif bölgələrində həyata keçirir.

Uğur olsun, Emi

ABŞ hökumətinin qeyri-siyasi, qeyri-dini agentliyi olan Sülh Korpusu Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir və 2007-ci ildən etibarən Gənclər və İdman Nazirliyi ilə bağlanmış anlaşma memorandumuna əsasən Gənclərin İnkişafı Layihəsini Azərbaycanın müxtəlif bölgələrində həyata keçirir.
Bu layihə üzrə könüllü Aleksandra Solomon 2010-cu ilin dekabr ayından olmaqla 2 il müddətinə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində iş aparmışdır. O bu müddət ərzində 75 nəfər məktəbli və gəncə ingilis danışıq dili kurslarında məşğələ keçmiş, psixoloq kimi problemli ailələrlə, uşaqlarla iş aparmışdır. A.Solomon işlədiyi müddətdə 3 iri layihə həyata keçirmişdir. Xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün təşkil edilmiş “Salam, dünya, biz də varıq 2011 və 2012” yay istirahət düşərgələrində 63 nəfər xüsusi qayğıya ehtiyaclı uşaq və onların valideynləri rayondakı müxtəlif istirahət mərkəzlərində dincəlmişlər. Aleksandranın hazırladığı layihə əsasında İsmayıllı UADM-də açılmış “Qadın informasiya Mərkəzi”nin xidmətindən bu gün rayon qadınları səmərəli istifadə edirlər.
Aleksandra Solomonun könüllü xidmət vaxtı ötən ilin dekabr ayında başa çatdı, lakin onun Mərkəzdəki səmərəli fəaliyyəti, yaddaşlarda qoyub getdiyi silinməz xoş hiss Mərkəzi yeni könüllü üçün müraciət etməyə həvəsləndirdi. Eyni təşkilata ardıcıl 2 dəfə könüllü göndərilməsə də Mərkəzimizin A.Solomonla səmərəli iş qurması nəzərə alınaraq müraciətimiz müsbət həllini tapdı. Və budur, Mərkəzin yeni könüllüsü – Çikaqo universitetinin sosial iş üzrə magistratura məzunu Emi Boldvin artıq İsmayıllıdadır.
İyunun 28-də Mərkəzdə Emi Boldvinin icmaya təqdimatı münasibətilə tədbir keçirildi. Əminik ki, ixtisası üzrə müxtəlif təşkilatlarda çalışmış E.Boldvin burada da öz sözünü deyə biləcəkdir.
Uğur olsun, Emi!
Gülnar Mikayılova,
İsmayıllı UADM-in metodisti

Şərh Yaz