İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci


İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci

Rayonumuzda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci açılması barədə qərar qəbul olunub.
Bu münasibət ilə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Kollecin əhəmiyyətindən, bu təhsil ocağının açılması ilə rayonda yaranacaq mənəvi mühitdən, əldə olunacaq səmərədən danışıb. Başçı yenilik münasibəti ilə İsmayıllı ictimaiyyətini təbrik edib.
Artıq müəssisəsinin ilkin strukturu, ixtisasları, bölmələri barədə məlumatlar açıqlanıb. Çoxprofilli kollec təkcə rayonumuz üçün deyil, regionda da yüksək əhəmiyyətə malik olacaq.
Kollecdə 2013-2014-cü tədris ilində 11 ixtisas üzrə qəbul aparılacaq. Bu ixtisaslar aşağıdakılardır:
-Müalicə işi ;
-Məktəbəqədər təlim və tərbiyə;
-Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti;
-İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün);
-Aqrar (fermer) təsərrüfatın təşkili;
-Mühasibat uçotu;
-Dekorativ tətbiqi incəsənət və xalq sənəti;
-Turizm və onun təşkili;
-Ət və süd məhsullarının texnologiyası;
-Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası;
-Taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası.
Kollecə 11 ixtisas üzrə 285 nəfərin qəbulu gözlənilir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz