İdarəçilik fəaliyyəti, dövlətçilik şüuru

İyun ayının 22-də İsmayıllı rayonunda Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub.
İdarəçilik fəaliyyəti, dövlətçilik şüuru
İdarəçilik fəaliyyəti, dövlətçilik şüuru

İyun ayının 22-də İsmayıllı rayonunda Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub. Yığıncaqdan əvvəl dövlət qulluğunda çalışanlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə gül-çiçək dəstələri qoyublar.
Rəsmi hissəsi Gənclər Mərkəzinin iclas zalında keçirilən tədbiri giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb.
Peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə Valeh Salehov, Fərman Bəşirov, Lətifə Əliyeva çıxış ediblər. Çıxışçılar Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışaraq ölkəmizin inkişaf və tərəqqisinin Ulu öndərin adı ilə bağlı olduğunu bildirib. Nəzərə çatdırılıb ki, Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olunması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunması, dünya birliyində layiqli yer tutması məhz Ulu öndərin yenilməz iradəsi sayəsində mümkün olub. Tədbir iştirakçıları eyni zamanda, müasir Azərbaycan tarixinin yaradıcısı Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə, ölkəmizin möhtəşəm nailiyyətlər qazandığını vurğulayıblar.
İdarəçilik fəaliyyəti, dövlətçilik şüuru
Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müstəqil Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, məhz Ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alınıb. Dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edilib. Bildirilib ki, Ümummilli liderin rəhbərliyi altında həyata keçirilən idarəçilik fəaliyyəti insanlarda dövlətçilik şüurunu gücləndirib, idarəetmə orqanlarının işinə inamı artırıb. Mirdaməd müəllim dövlətə qulluq etməyin, xalqa qulluq etmək olduğunu deyib.
Rəvan İsgəndərli, Azər Abbasov, Olqa Radayeva, Xambut Xambutov, Hidayət Babayev, Fuad Məmmədəliyev, Qahir Qədirov, Pakizə Ağayeva, Rüstəm Babayev və İlkin Yusifov rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunublar.
Tədbir maraqlı konsert proqramı ilə davam edib.
Ş.Soltanov

Şərh Yaz