“Əbədiyyət dastanı”

Ümummilli lider Heydər Əliyevin böyüklüyünü, dahiliyini, fenomenliyini əks etdirən bədii əsərlərdən biri də Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasıdır. Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi poemanın audio-diskini, audio-kitabını hazırlamış, 19 iyun 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzi ilə birgə təqdimatını keçirib
“Əbədiyyət dastanı”
Ümummilli lider Heydər Əliyevin böyüklüyünü, dahiliyini, fenomenliyini əks etdirən bədii əsərlərdən biri də Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasıdır. Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi poemanın audio-diskini, audio-kitabını hazırlamış, 19 iyun 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzi ilə birgə təqdimatını keçirib.

Mərkəzin direktor müavini Polad Zeynalov, İctimai Birliyin rəhbəri Gəray Əlibəyov, YAP rayon təşkilatının sədri Əzizə Vahabova, RİH-nın əməkdaşı Valeh Salehov təqdimat mərasimində çıxış ediblər.

Audio-diskin səs müəllifi, əməkdar artist Azad Şükürov audio-kitab üzərində işləməyindən, bu diski yaradıcılığının zirvəsi hesab etdiyindən danışıb, Rəsul Rzadan dəyərli və təsirli bir şeir səsləndirib. Tədbir iştirakçıları bu səs sahibini ürəkdən alqışlayıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək “Əbədiyyət dastanı”nın yüksək dəyərindən, audio-diskin səs ifasının dərin təsirindən, Ulu öndərin 90 illiyi ilə əlaqədar rayonda keçirilən rəngarəng tədbirlərdən danışıb. S.Əhmədova Ümummilli liderin İsmayıllı səfərlərinə həsr olunmuş “Mübarək səfərlər, səmimi görüşlər” adlı kitabı qonaqlara hədiyyə edib.
V.Salehov

Şərh Yaz