İlk partiya təşkilatinda tədbir


İyun ayının 20-də YAP İsmayıllı rayon təşkilatı 10 saylı Yol İstismar İdarəsi ərazi ilk partiya təşkilatında tədbir keçirib.

İlk partiya təşkilatinda tədbirİlk partiya təşkilatinda tədbir
İyun ayının 20-də YAP İsmayıllı rayon təşkilatı 10 saylı Yol İstismar İdarəsi ərazi ilk partiya təşkilatında tədbir keçirib. Tədbiri giriş sözü ilə YAP Yol İstismar İdarəsi ərazi ilk partiya təşkilatının sədri Məhəmməd Musayev açıb və qeyd edib ki, ulu öndər Heydər Əliyev dühasından bəhrələnən Azərbaycan dövləti böyük inkişaf yolu keçərək dünya dövlətləri arasında aparıcı söz sahibinə çevrilib. Ölkəmizdə aparılan tikinti-quruculuq işləri rayonumuzdan da yan keçməyib. Tikinti meydanını xatırladan rayonumuzda əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür.
İlk partiya təşkilatinda tədbir
Natiq qeyd edib ki, bu gün biz əlamətdar bir hadisəni – Azərbaycan Silahlı Qüvvələr Gününü qeyd etmək üçün buraya toplaşmışıq. Gündən-günə çiçəklənən respublikamızda ordu quruculuğu sahəsində mühüm işlər görülür, ordumuzun müasir tipli döyüş ləvazimatı ilə təminatı məsələlərinə diqqət yetirilir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan silah idxal edən dövlətdən böyük silah ixracatçısına çevrilib.
YAP İsmayıllı rayon təşkilatının sədri Ə.Vahabova Milli Ordu gününün tarixi mahiyyəti barədə geniş söhbət açıb.
Tədbirin sonunda partiyaya yeni qəbul olunmuş üzvlərə YAP-ın vəsiqələri təqdim olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz