Sağlamlıq – narkotiklərsiz yeni həyat

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib, inkişaf etdirməyə və milli mənafeləri, vətəndaşların mənafelərini qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquqi norma və prinsiplərə, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.
Sağlamlıq - narkotiklərsiz yeni həyatSağlamlıq – narkotiklərsiz yeni həyat
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib, inkişaf etdirməyə və milli mənafeləri, vətəndaşların mənafelərini qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquqi norma və prinsiplərə, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.
Dünyanı bürüyən narkomaniya hər bir dövləti narahat edən bəlalardandır. Odur ki, hamı əl-ələ verib, buna qarşı mübarizə aparmalıdır. Əks təqdirdə, nəticə bəşəri fəlakət ola bilər.
Ayrı-ayrı dövlətlər səviyyəsində fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılsa da, ildən-ilə dünya üzrə narkomaniyaya düçar olanların sayında artım qeydə alınır. Dünyaya nəzər salsaq görərik ki, bu gün təxminən 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə etməkdədir. Bu isə dünya əhalisinin 4,8 faizi deməkdir. Onlardan 26 milyonu sırf narkoman xəstələrdir. Marixuana kimi nisbətən yüngül narkotik maddələrdən istifadə edən şəxslər isə daha çoxluq təşkil edir və onların sayı 165 milyon nəfərdən artıqdır. Aparılmış araşdırmalar onu deməyə əsas verir ki, son dövrlər heroin, opium və tiryəkdən istifadə edənlərin sayı daha çox artmaqdadır. Hazırda narko istehsalçı dövlət kimi Əfqanıstan dünya ölkələri arasında “liderliyi” qoruyub saxlayır. 2000-2009-cu illərə nəzər salsaq görərik ki, bu illər ərzində həm Əfqanıstanda, həm də digər yerlərdə narkotiklərin istehsalı qat-qat artıb. 2007-ci ildə dünyada əkilən sahələr 235 min 700 hektar təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 238 min hektara çatıb.
Məhz Əfqanıstanda istehsal olunan narkotik maddələr İran vasitəsi ilə Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan üzərindən keçməklə Avropaya daşınır. Azərbaycan-Rusiya və ya İran-Azərbaycan, Azərbaycan-Gürcüstan-Avropa marşurutu həyata keçirilirdisə, daha sonra Xəzər dənizi vasitəsilə Əfqanıstan-Orta Asiya-Xəzər dənizi-Azərbaycan və quru sərhədləri boyunca Gürcüstan-Avropa narkotacirlər üçün əsas rol oynayır.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin qiymətləndirmələrinə əsasən 2007-2012-ci illər ərzində Əfqanıstanda ümumən 727 min hektar ərazidə 32 min 200 ton tiryək istehsal edilib. Narkoişbazlar istehsal edilmiş tiryək və heroini Avropa və digər ölkələrdəki qara bazara çıxarmaq üçün daim yeni-yeni marşrutlar axtarırlar. Azərbaycanın coğrafi mövqeyi, yəni narkoistehsalçı Asiya ölkələri ilə narkoistehlakçı Avropa ölkələri arasında yerləşməsi, əlverişli quru, hava, dəniz və dəmir yol nəqliyyat şəbəkələri onları özünə cəlb edir. Narkotiklərin qanunsuz dövriyyəsində ərazimizdən tranzit dəhliz kimi istifadəyə cəhd göstərilir.
Bundan əlavə, keçid dövrünün sosial-iqtisadi problemləri, miqrasiya prosesləri narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə mənfi təsir göstərir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistanın silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropaya, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə, habelə digər dövlətlərə güclü narkotik axını həyata keçirilir. Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan Respublikasına məxsus ərazilərdə narkotiklərin istehsal edilməsi və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır.
Sağlamlıq - narkotiklərsiz yeni həyat
Qüdrət Kazımov
İsmayıllı bələdiyyəsinin sədr müavini,
Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri

Şərh Yaz