Avtoxuliqanlıq

Təqribən səhər saat 08:30 olardı. İşə gedirdim. Mənimlə bərabər iki orta yaşlı xanım da eyni yol ilə hərəkət edirdi. Yolu qarşı tərəfə keçməli idik. Elə bu vaxt musiqinin səsini həddən çox qaldıran, VAZ- 2107 markalı avtomobil elə sürətlə gəlib keçdi ki, az qala qəza törədəcəkdi. Bu, baş verməsə də, üst-başımız çirkablı suya bulaşdı. Gəl indi ictimai yerdə bu vəziyyətdə yoluna davam elə. Hamı gözlərini zilləyib sənə baxır.
AvtoxuliqanlıqAvtoxuliqanlıq
Təqribən səhər saat 08:30 olardı. İşə gedirdim. Mənimlə bərabər iki orta yaşlı xanım da eyni yol ilə hərəkət edirdi. Yolu qarşı tərəfə keçməli idik. Elə bu vaxt musiqinin səsini həddən çox qaldıran, VAZ- 2107 markalı avtomobil elə sürətlə gəlib keçdi ki, az qala qəza törədəcəkdi. Bu, baş verməsə də, üst-başımız çirkablı suya bulaşdı. Gəl indi ictimai yerdə bu vəziyyətdə yoluna davam elə. Hamı gözlərini zilləyib sənə baxır.
Avtoxuliqanlıq
Əziz oxucular, yəqin ki, belə hadisələrlə sizlər də nə zamansa, qarşılaşmısız. Bəlkə də hər gün qarşılaşırsız. Və belə anda ürəyinizdən hansı hisslər keçirdiyinizi, hansı sözləri demək istədiyinizi yaxşı başa düşürəm. Belə sürücülər özlərindən o dərəcədə razı şəkildə avtomobili idarə edirlər ki, adam çaş-baş qalır. Bir anda insanın ağlından qəribə fikirlər keçir. Görəsən, bu insanların həyat anlayışları elə bu qədərdirmi? Görəsən, onlar üçün qarşıdakı insan, onun mənəviyyatı bu qədər dəyərsizdir? Görəsən onlar ictimai yerdə yüksək sürətlə avtomobili idarə etdikdə, musiqinin səsini qaldırıb ətrafdakıların qınağına səbəb olanda, yol ilə gedən xanımın yanından keçərkən qəsddən siqnal verdikdə heç utanmırlarmı? Düşünmürlərmi ki, axı onların da anaları, bacıları, həyat yoldaşları, övladları eyni yol ilə hərəkət edir. Onun doğmalarına qarşı başqa birisi eyni hərəkətləri edərsə, özlərinin xoşuna gələrmi? Əlbəttə, gəlməz. Belələrinin fikirləri bizə bəllidir: “Heç kəs mənim anam, bacım yol ilə gedərkən onu təhqir edən hərəkət edə bilməz, heç kimin buna cəsarəti çatmaz”. Səhviniz var, bəylər. Siz öz xanımlarınızla, əzizlərinizlə hər yerə bərabərmi gedirsiniz? Deməli, onlar da belə hallar ilə qarşılaşırlar. Belə isə bir azca məntiqiniz, mədəniyyətiniz olsun. Bir anlığa özünüzə bənzər sürücülərin az olmadığını, hər gün neçə-neçə insanı narahat etdiyinizi fikirləşin. Məgər bu o qədər vacibdir və ya qaçılmazdır?
Bütün bunları qoyaq bir kənara. Öz şəxsiyyətinizə hörmət etmək sizə bu qədər maraqsızdı? Yoxsa, siz özünüzə də qiymət vermirsiniz?
Avtoxuliqanlıq
Respublikamızda hər gün kütləvi informasiya vasitələrindən aldığımız xəbərlərdə yüksək sürətin qurbanı olan neçə-neçə insanın ölümü, şikəst olması, ailələrin başsız və ağlar qalması xəbərlərini siz də eşidirsiniz axı. Bu yaxınlarda baş verən hadisə məni mənən çox sarsıtdı. 2 yük maşını ilə, bir minik maşınının toqquşması nəticəsində 6 nəfər yanaraq kül olmuşdu. Allah qorusun! Bacarıqsız, ədabaz, sərxoş sürücülər ucbatından belə bir hadisə hər yerdə baş verə bilər. Biz şahid, dinləyici, xəbər tutan deyil belə bədbəxt hadisələrin iştirakçısına dönə bilərik. Bütün bu fəlakətlərin kökündə məsuliyyətsizlik və mədəniyyətsizlik durur. Hadisələrin baş verməsində sürət həddini aşmağı başlıca səbəb kimi qəbul etsək, bunun özünü də kobudluq laqeydlik və ədəbsizlik saymaq olar. Belə olduqda, məncə, bir az düşünməyə ehtiyac var. Siz təkcə öz həyatınızı deyil, digərlərinin də həyatını təhlükəyə atırsınız. Buna isə sizin əsla mənəvi haqqınız çatmır.
İndi isə keçək belə halların qanun ilə nizamlanmasına.
Milli Məclis avtoxuliqanlığa görə inzibati həbsin müddətini artırıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 296.1-ci (avtoxuliqanlıq) maddəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişanə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək (hazırda beş gündən on günədək) inzibati həbs tətbiq olunacaq. Görülən tədbirlərə, maarifləndirmə işlərinə, tətbiq edilən cərimələrə baxmayaraq, sürücülərimiz hələ də bundan dərs götürməyiblər. Lakin, inanıram ki, gələcək nəsil qayda-qanunları bilməklə yanaşı, onlara əməl də edəcək. Əgər savadlı, dünyagörüşlü, özlərinə və başqalarına hörmət edən olarlarsa.
Çinarə

Şərh Yaz