Müsabiqə qalibləri

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ümumtəhsil məktəblərinin müəllimləri arasında “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” adlı yazı(məqalə) müsabiqəsi keçirilib.
Müsabiqə qalibləriMüsabiqə qalibləri

Müsabiqəyə 25 mart 2013-cü il tarixində start verilib və 25 aprel 2013-cü il tarixində yekun vurulub. 22 iyun 2013-cü il tarixində Bakı şəhəri Heydər Əliyev Mərkəzində qaliblərin möhtəşəm təqdimat mərasimi keçirilib. İsmayıllı rayonundan həmin müsabiqədə fərqlənən dörd müəllim mərasimdə iştirak edib. İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Piriyeva birinci olub. Həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Həcər Abdurazaqova, məktəbin məzunu, hal-hazırda Bakı İdrak Məktəbinin baş məsləhətçisi vəzifəsində çalışan Sona Həmzəyeva, Buynuz kənd tam orta məktəbinin müəllimi Xanım Ədilova həvəsləndirici yerlərin mükafatçısı olublar. Qaliblərə Heydər Əliyev Mərkəzinin diplomu və qiymətli hədiyyələr təqdim olunub.
Mərasimdə həmçinin müxtəlif peşə sahibləri arasında da keçirilən müsabiqələrin qalibləri açıqlanıb. Mərasimdən sonra iştirakçılar Heydər Əliyev Muzeyi və orada açılmış xarici rəssamların sərgisi ilə tanış olublar.
Çinarə Bəhərçinli

Şərh Yaz