Mən də sıradayam

Mən də sıradayam

Yolu olmayanın azması yalan,
Qolu olmayanın üzməsi yalan.
Ulu olmayanın dözməsi yalan –
Mən də sıradayam dözənlər kimi.

El dərdi çəkəni ölüm axtarar,
Sözdən söz seçəni dilim axtarar.
Qəlbimdən keçəni əlim axtarar,
Özü qoyduğunu gəzənlər kimi.

Şeytanın gözünü oyub öləcək,
Bu yolda izini qoyub öləcək.
Dünyaya sözünü deyib öləcək,
Ölməz Dağlaroğlu bezənlər kimi.

Şahməmməd Dağlaroğlu

Şərh Yaz