Keyvəndi kəndində artezian quyusu istifadəyə verildi

15 iyun 2013-cü il tarixdə Keyvəndi kəndində artezian quyusunu istifadəyə verilməsi ilə əlaqədar tədbir keçirildi.Keyvəndi kəndində artezian quyusu istifadəyə verildi

Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini M.Süleymanov açaraq iştirakçıları Azərbaycan xalqının milli qurtuluş günü münasibəti ilə təbrik etdi və rayonda gedən tikinti-quruculuq işləri barədə məlumat verdi. Qeyd etdi ki, kəndlərin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür. Keyvəndi kəndində əhali içməli su çatışmadığı üçün korluq çəkirdilər. Rayon rəhbərliyi tərəfindən Respublikanın əlaqədar təşkilatlarına müraciət olundu. Qısa vaxt ərzində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin xətti ilə artezian quyusu qazılıb istifadəyə verildi. Su həyatdır. Su olmayan yerdə inkişaf da olmaz. Əminəm ki, Keyvəndi kəndi bundan sonra daha da inkişaf edəcək və əhalinin həyat səviyyəsi yaxşılaşacaq.
İsmayıllı Su-Kanal İdarəsinin rəisi A.Salmanov quyunun qısa müddətdə qazıldığını və işin keyfiyyətlə görüldüyünü qeyd etdi. Bildirdi ki, quyunun suvermə qabiliyyəti qənaətbəxşdir. Bundan sonra kənd sakinləri keyfiyyətli içməli su ilə təchiz olunacaqlar.
Kənd sakinləri onların problemlərinə həssaslıq və qayğı ilə yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqova və bu xeyirxah işdə zəhməti olan bütün şəxslərə minnətdarlıqlarını bildirdilər.
Mahmud Süleymanov

Şərh Yaz