Vəzifələrini bilir, icrasına çalışırlar

Vəzifələrini bilir, icrasına çalışırlar
smayıllı rayonunun melioratorları hər il olduğu kimi, bu il də iyun ayının 5-də, peşə bayramlarında ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə təravətli bahar gülləri düzüblər.
Vəzifələrini bilir, icrasına çalışırlar

İsmayıllı rayonunun melioratorları hər il olduğu kimi, bu il də iyun ayının 5-də, peşə bayramlarında ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə təravətli bahar gülləri düzüblər.
Peşə bayramına həsr edilmiş tədbir Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edib. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH nümayəndələri, İsmayıllı rayon Suvarma Sistemi İdarəsinin işçiləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən icra başçısı peşə bayramları münasibəti ilə melioratorları təbrik edib, gördüyü işləri yüksək qiymətləndirib. İdarə rəisi Fazil Həsənov Mirdaməd müəllimə tədbirdə iştirak etdiyi üçün təşəkkürünü bildirib, son vaxtlar görülən və nəzərdə tutulan işlər barəsində danışıb. Qeyd edib ki, Gəraybəyli kəndində qurutma kanalının qazıntısı başa çatıb. Lahıc qəsəbəsinin sel sularından mühafizəsi üçün 180 paqonnımetr uzunluğunda beton bənd tikilir. “Təzəkənd” və “Diyallı” nasos stansiyaları əsaslı təmir olunur. Göyçay-İsmayıllı magistral beton kanalın nov hissəsində əsaslı təmir işləri aparılır. Cari ildə Qəzli-Aşıqbayramlı, Göyçayçay-İsmayıllı kanalları kol-kosdan, lildən və qamışdan təmizlənib. Talıstan və Cülyan çaylarının məcrasında təmizlənmə işləri aparılıb. Magistral kanalın rayon ərazisindən keçən hissəsi lildən təmizlənib. Göyçay suqəbuledici baş qurğusu işə tam hazırdır. Talıstan çayında İsmayıllı şəhərinin sel sularından mühafizəsi üçün 200 paqonnımetr uzunluğunda daş-beton bəndə üzlük çəkiləcəyini deyib.
Vəzifələrini bilir, icrasına çalışırlar
Sonra melioratorlar göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, öz işlərində daha da səylə çalışacaqlarını vurğulayıblar.
Sonda RİH başçısının sərəncamı ilə bir qrup işçiyə Fəxri fərman və pul mükafatı təqdim edilib. Təltif olunanlar- Sahib Məmmədov, Qurban Nəbiyev, Mirzə Soltanov, Malik Yusifov, Telman Kərimov, Aydın Məmmədov, Qabil Musayev, Ceyhun Əliyev, Qalib Hacıyev, Nahidə Yusifova və Yusif Bağırov, eyni zamanda Səhmdar Cəmiyyət tərəfindən Fəxri fərmana layiq görülən Mətləb Mehdiyev təşəkkürlərini bildiriblər.
Çinarə Bəhərçinli

Şərh Yaz