Kəlbənddə görüş-qəbul

Kəlbənddə görüş-qəbul
İyun ayının 3-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Kəlbənd inzibati ərazi dairəsində yaşayanlarla Kəlbənd tam orta məktəbində görüş-qəbul keçirib. İcra başçısı kəndin qaz, işıq, su, yol problemləri ilə tanış olduğunu bildirib. Bu problemlərin həlli istiqamətində iş aparıldığını söyləyib. Kəndin əsas problemlərindən biri kimi Quruçay çayı üzərində körpünün tikilməsi, kəndin sel sularından mühafizəsi üçün bəndlərin qurulması istiqamətində müvafiq təşkilatlar tərəfindən iş aparıldığını vurğulayıb.
Sonra kənd camaatının, ərazidə məskunlaşan qaçqın və məcburi köçkünlərin şəxsi problemləri dinlənilib. Qaldırılan məsələlər ilə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
Çinarə Bəhərçinli

Şərh Yaz