Balaca məzunlar

Balaca məzunlar

Gənc nəslin təlim-tərbiyəsində məktəbəhazırlıq qruplarının müsbət fəaliyyəti danılmazdır. May ayında təkcə məktəb şagirdləri üçün deyil, eyni zamanda məktəbəqədər müəssisələrdə tərbiyə alan uşaqlar üçün də “Son zəng” çalındı. Tədris ilinin sonunda bütün məktəbəqədər müəssisələrdə “Əlvida bağça, salam məktəb” devizi altında silsilə tədbirlər keçirilir.
Bu tədbirlərdən biri də 1 nömrəli körpələr-evi uşaq bağçasında keçirilmişdir.
Balaca fidanların sadə riyazi anlayışları, intonasiya ilə müxtəlif dillərdə şeir söyləmələri onların məktəbə tam hazır olduqlarını göstərdi. Gimnast qızların çıxışları tədbirə daha da rəng qatmış oldu. Qeyd edək ki, bu uşaqlar iyun ayında Bakı şəhərində keçiriləcək yarışda iştirak edəcəklər. Kollektiv məktəbdənkənar tədbirlərdə də uğurla iştirak edir. Bağçanın musiqi tərbiyəçisi Zümrüd Məhərrəmova, məktəbəhazırlıq qrupunun tərbiyəçisi Simuzər Rəhmanova və Sevinc Əsədovanın hazırladıqları tədbir, qonaqlara və valideynlərə zövq bağışladı.
Tədbirin sonunda bağçanın müdiri Q.Abdullayeva balaca məzunları təbrik etdi.
Sevinc Məmmədova,
RTŞ-nın metodisti

Şərh Yaz