Mənalı ömür işığında

Mənalı ömür işığındaMənalı ömür işığında
Qocaldır insanı, qocaldır zaman,
Ürəyin atəşi, közü qocalmır.
Əsl sənətkarın, əsl şairin,
Özü qocalsa da sözü qocalmır.

Bəli, sözü ilə, sənəti ilə ürəkləri fəth edən insanlar çoxdur. Onların hər birinin öz dünyası, söz dünyası vardır. Onların hər birinin öz düşüncələri, öz fikirləri vardır. Belə sənətkarlardan biri də unudulmaz şairimiz Məmməd Arazdır. O, şeirləri ilə həmişə insanların qəlbini fəth etmişdir. Onun şeirləri daima oxunmuş, oxunur və oxunacaqdır.
Məmməd Arazın 80 illik yubileyi Respublikamızın hər yerində yüksək təntənə ilə qeyd edilmişdir. Bu tədbir N.Behdiyev adına 6 nömrəli tam orta məktəbdə də yüksək səviyyədə təşkil olunmuşdu. Şagirdlərimiz M.Arazın “Anamın kitabı”, “Dünya sənin, dünya mənim”, “Əsgər andı”, “Vətən deyin” kitablarından maraqlı hissələr səsləndirdilər. Məktəbimizin şagirdləri şeirlər söylədilər, şairin sözlərinə bəstələnmiş mahnılar ifa etdilər. Eyni zamanda, şairin əsərləri əsasında kompozisiyalar göstərdilər. Mən də bu tədbirdə həvəslə şeir söylədim.
Tədbirdə İdman və Gənclər İdarəsinin rəisi Elçin Nəcəfli, Rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev də iştirak etdi. Onlar tədbir haqqında fikirlərini bizimlə bölüşdülər.
Sonda məktəbimizin direktoru Qalib Bəşirov çıxış etdi. O, tədbiri hazırlayan Zülfiyyə və Gülnarə müəllimlərə minnətdarlığını bildirdi.
H.Məmmədov

Şərh Yaz