Bizim qaliblər

Bizim qaliblər
5 iyun Ətraf Mühitin Beynəlxalq Mühafizəsi Günü Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Meşələri qoruyaq” devizi altında gənc meşəçilərin II Respublika müsabiqəsinin yekun tədbiri oldu.
Yekun tədbirində Musa Piriyev adına Tircan kənd tam orta məktəbinin VIII sinif şagirdi Ağasəməd Bədəllinin hazırladığı layihə I yerə, Eldar Məmmədov adına 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Rübabə Zeynalovanın hazırladığı layihə III yerə, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbin VIII sinif şagirdi Varis Soltanovun və şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Elnarə Səmədovanın hazırladıqları layihələr IV yerə layiq görüldü.
Qaliblərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin Diplomları və doğma Respublikamızın təbiətini tərənnüm edən disklər təqdim edildi.
Biz qaliblərimizi və onların müəllimləri Gülyanaq Əliyevanı, Əminə Ağayevanı, İnqilab Əliyevi, Şəmsinur Rzayevanı təbrik edirik. Onlara yeni-yeni uğurlar arzulayırıq.
Yaşar Nuriyev,
ET və TM-nin direktoru

Şərh Yaz