Prezidentə dəstək

Prezidentə dəstəkPrezidentə dəstək
Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətdə islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün problemlərin mərkəzində dayanırlar. Cəmiyyətdə həyata keçirilən islahatların əsas əhatə dairəsini məhz onlar təşkil edirlər.

Azərbaycan xalqının dövlətçilik ənənələri hələ çox qədim dövrlərdən formalaşmış və tarixi sınaqlardan uğurla çıxaraq, mövcudluğunu qoruyub saxlamışdır. Bugünkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də heç şübhəsiz, Azərbaycan gəncliyidir.
Gənclərimizin layiqli Azərbaycan vətəndaşı kimi formalaşmasında, Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri vardır. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu.
1997-ci il fevralın 1-də ölkə başçısı Azərbaycanda dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və gənclərin birinci forumunun keçirilməsini nəzərə alaraq, fevralın 2-ni” Gənclər günü” elan edilməsi haqqında sərəncam, 1999-cu il iyunun 29 da isə “Dövlət gənclər siyasəti haqqında” Fərman imzaladı.
Ümummilli lider Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki, Azərbaycan Prezidenti kimi, mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən asılıdır”.
Əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu milli gənclər siyasətini bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.
Prezidentimiz İlham Əliyev 2 fevral “Gənclər günü” münasibətilə bir sıra gənclər təşkilatlarının rəhbərləri ilə görüşməsi mənim həyatımda unudulmaz və yaddaqalan hadisələrdən biridir. Həmin görüşdən dəyərli xatirələrdən biri Prezidentin gənclərlə çəkdirdiyi şəkildir.
Qürurla demək olar ki, bu gün İsmayıllı gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır. İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu xoşbəxt gələcəyə aparmaqdır. Şübhəsiz, bu, belə də olacaqdır. Çünki İsmayıllı gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha – yeni uğurlara nail olmağa hazırdır.
Qüdrət Kazımov,
İsmayıllı bələdiyyəsinin sədr müavini, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri

Şərh Yaz