Narkomaniya ağ ölümdür

İnsan narkotikə yaxınlaşdıqca ailədən uzaqlaşır.

Narkomaniya ağ ölümdürNarkomaniya ağ ölümdür

İnsan narkotikə yaxınlaşdıqca ailədən uzaqlaşır.

Narkomaniya ağ ölümdür

Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir.
Sevindirici hal ondan ibarətdir ki, rayonumuzda xüsusən də gənclər arasında narkomaniyaya qarşı maarifləndirmə tədbirləri həyata keçirilir. Bu siyahısıya 24 may tarixində Diyallı kənd tam orta məktəbində keçirilən tədbir də əlavə olunub.
“Narkomaniyaya yox deyək” adı altında keçirilən tədbiri giriş sözü ilə RİH başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açıb. Tədbir iştirakçılarını salamlayıb və gəldiklərinə görə təşəkkürünü bildirib, hər kəsi narkomaniyaya qarşı mübarizəyə səsləyib.
Daha sonra söz RİH hüquq şöbəsinin müdiri Valeh Hüseynova verilib. V.Hüseynov bu tipli tədbirlərin bütün rayon üzrə aparıldığını bildirib. Eyni zamanda Diyallı kəndində belə hallarla rastlaşmadığını vurğulayıb.
Narkomaniya ağ ölümdür
Tədbirdə çıxış edən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva məktəb yaşlı uşaqları narkotik istifadəçilərinə yaxın durmamağa səsləyib.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini İsrail İsmayılov narkotik maddələrin törətdiyi fəsadlardan danışıb.
Anti-Narkomaniya ictimai birliyinin sədri Qüdrət Kazımov təşkilatın bu sahədə görmüş olduğu işlərdən danışıb, insanların narkotikə yaxınlaşdıqca ailədən uzaqlaşdığını deyib.
Məktəbin direktoru Şəmsiyyə Əhmədova qonaqlara gəldikləri və yeniyetmələr arasında apardıqları maarifləndirmə işinə görə razılığını bildirib.
Tədbirdə iştirak edənlər də öz fikirlərini səsləndirib.
Tədbirdə həmçinin “Azərsığorta” şirkətinin nümayəndələri də iştirak edib. RİH baş məsləhətçisi Ağaəhməd Əhmədov tədbir iştiarakçılarını daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar “İcbari Sığortalar haqqında Azərbaycan Respublikasının Qanun”unun əlaqəli maddələri ilə tanış edib.
Şirkətin İsmayıllı rayon filialının baş mühasibi Ağami Məmmədov tədbir iştiarakçılarının suallarını cavablandırıb.
Tədbir narkomaniyanın fəsadlarını əks etdirən bukletlərin paylanılması və filmin göstərilməsi ilə sona çatıb.
Çinarə Bəhərçinli

Şərh Yaz