Xoş ovqat yaratdı


Mayın 10-da F.Əzimov adına İsmayıllı rayon Uşaq İncəsənət Məktəbində ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş tədbir keçirildi.

Xoş ovqat  yaratdıXoş ovqat yaratdı

Mayın 10-da F.Əzimov adına İsmayıllı rayon Uşaq İncəsənət Məktəbində ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş tədbir keçirildi.
Xoş ovqat  yaratdı
Tədris işləri üzrə direktor müavini N.Aydınov tədbiri açdı və öndərin fəaliyyəti barədə danışdı. Məktəbin direktoru E.Süleymanov Ümummilli liderin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğıdan söz açdı. Tədbirdə iştirak edən qonaqlar – RİH-nin nümayəndəsi M.Məhərrəmov, rayon mədəniyyət və turizm şöbəsinin aparıcı məsləhətçisi L.Quliyev çıxış etdilər.
Tədbirdə məktəbin fortepiano müəllimi Gülşən Nəbiyevanın sinfində təhsil alan şagirdlərin sinif konserti oldu. Şagirdlərin ifasında xarici və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert tamaşaçılarda xoş ovqat yaratdı və alqışlarla qarşılandı.
“İsmayıllı xəbərləri”

Şərh Yaz