İctimai dinləmələr keçirildi

Ombudsman Elmira xanım Süleymanova mayın 16-da “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı ictimai dinləmələr keçirmək üçün İsmayıllıya gəlmişdir.
İctimai dinləmələr keçirildiİctimai dinləmələr keçirildi
Ombudsman Elmira xanım Süleymanova mayın 16-da “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı ictimai dinləmələr keçirmək üçün İsmayıllıya gəlmişdir.
İctimai dinləmələr keçirildi
Gənclər Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti Aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin rəhbərləri, ziyalılar, gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İctimai dinləmələr keçirildi Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq ölkəmizdə Ombudsman təsisatından, onun insanların hüquq və azadlıqlarının qorunmasındakı rolundan, bugünkü ictimai dinləmələrin əhəmiyyətindən danışmışdır.
Ombudsman Elmira xanım Süleymanova çıxışında müstəqillik illərində Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğundan, bu sahədə 90 illik yubileyini yenicə qeyd etdiyimiz görkəmli dövlət və siyasi xadim, ümummilli lider Heydər Əliyevin gördüyü misilsiz xidmətlərdən danışmışdır. Natiq öz çıxışında, həm də bu gün ölkəmizdə bütün sahədə, o cümlədən sosial-iqtisadi sahələrdə əldə edilən uğurları konkret faktlarla diqqətə çatdırmış, bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış birinci və ikinci Dövlət Proqramlarının əhəmiyyətini vurğulamışdır.
Sonra Elmira xanım Süleymanova bu il yaradılmasının 10 illiyinin tamam olduğu Ombudsman təsisatından, onun insanların bütün hüquqlarının, o cümlədən siyasi, iqtisadi, sosial, mədəni, vətəndaş hüquqlarının müdafiəsindəki əhəmiyyətindən ətraflı bəhs etmişdir. İl ərzində onlara vətəndaşlar tərəfindən 12 min şikayətin gəldiyini və hər bir müraciətin diqqətlə araşdırıldığını bildirən natiq artıq insanların Ombudsman təsisatına böyük inamı olduğunu qeyd etmişdir.
İctimai dinləmələrdə rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, 86 saylı İsmayıllı seçki dairəsi sədrinin hesabat xarakterli çıxışları dinlənilmişdir.
Çıxışlarda, həm də qarşıdan gələn mühüm kampaniyanın – Prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən, qadınların ictimai həyata, cəmiyyətə daha çox inteqrasiyasından, ana və uşaq hüquqlarının müdafiəsindən, gənclərlə işin səmərəli təşkilindən, rüşvətxorluq və korrupsiyaya, narkomaniyaya qarşı ardıcıl və səmərəli mübarizədən, bu sahədə bəzi qanunların təkmilləşdirilməsi zərurətindən və sair məsələlərdən ətraflı danışılmış, geniş fikir mübadiləsi aparılmış, bir sıra təkliflər səsləndirilmişdir.
İctimai dinləmələr keçirildi
Sonda Ombudsman Elmira xanım Süleymanova insanların hüquqi təminatının təkmilləşdirilməsi ilə bağlı məsələlərdə ictimai dinləmələrin, eləcə də vətəndaşlarla görüşlərin əhəmiyyətindən, bu cür tədbirlərdə irəli sürülən təklif və tövsiyələrin ümumiləşdirərək lazımı orqanlarla qarşılıqlı həlli istiqamətində görülən işlərdən danışmışdır.
Rəvan İsgəndərli

Şərh Yaz