Öndərə layiq tədbir

Ümummilli liderin anadan olmasının 90 illik yubileyi bu günlərdə Ağbulaq kəndində əsl bayram təntənəsi yaratmışdı. Yazın təbii gözəllikləri ilə həmahəng olan tədbir hamıda xoş ovqat yaratmışdı. Ağbulaq kənd yaradıcılıq klubu, məktəb və kitabxana böyük şövqlə hazırlayıb ərsəyə gətirdikləri bayram tədbirini kənd əhalisi ilə paylaşdılar.Öndərə layiq tədbir

Məktəbin geniş akt zalında keçirilən tədbir öncəsi tamaşaçılar burada yubileyə həsr edilmiş foto-stendlərə, müxtəlif əl işlərinə, nümunəvi inşa yazılara maraqla tamaşa etdilər.
Məktəbin direktoru M.Əşrəfov tədbiri açaraq H.Əliyev haqqında geniş məruzə etdi. Daha sonra Qoşakənd İƏD nümayəndəsi F.Əkbərov, kənd camaatı adından F.Baxışov, müəllimlərdən R.Mustafayeva, E.Nurməmmədov, X.Səlimova, İ.Mirzəyeva və başqaları öz çıxışlarında Heydər Əliyev şəxsiyyətindən, onun əsl azərbaycanlı olmasından, qurub-yaratdıqlarından həvəslə söz açdılar. Qocaman müəllim F.Baxışov dahi şəxsiyyətə həsr etdiyi şeirlərini oxumaqla rəhbərə olan inam və sevgisini bildirdi.
Tədbirin ikinci hissəsi özfəaliyyət kollektivinin təqdim etdiyi musiqili ədəbi-bədii kompozisiya ilə başladı. Soltan Əsədovun, Bəhruz Dosməmmədovun, Aysel Əmirovanın, Elnarə Yusifovanın, Məmmədbağır Bağırovun, Səfər Dəmirovun, Elnarə Əkbərovanın və başqalarının ifa etdikləri mahnılar, şeirlər tədbir iştirakçılarının alqışlarını qazandı. Daha sonra yubileyə həsr olunmuş müsabiqə qaliblərinə yubiley diplomları təqdim edildi. Tədbirin sonunda öndərə həsr edilmiş videofilmə kollektiv baxış oldu.
Əflatun Baxışov,
Ağbulaq kənd ümumi orta məktəbin dil və ədəbiyyat müəllimi

Şərh Yaz