]Vətən, millət sevgisi


İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyun ayının 12-də, Aydın Murovdağlının “Alın yazısı” adlı poeması əsasında Gəncə Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya, Gənclər Mərkəzinin iclas zalının səhnəsində rayon ictimaiyyətinin nümayəndələrinə təqdim olunmuşdur.

]Vətən, millət sevgisi]Vətən, millət sevgisi
İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyun ayının 12-də, Aydın Murovdağlının “Alın yazısı” adlı poemasısasında Gəncə Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya, Gənclər Mərkəzinin iclas zalının səhnəsində rayon ictimaiyyətinin nümayəndələrinə təqdim olunmuşdur.
]Vətən, millət sevgisi
Aktyorların çıxışından öncə şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi Famil Əhmədzadə Qurtuluş Günü ilə bağlı tarixi məqamlara toxundu.
Kompozisiyanın göstərisində teatrın yüksək peşəkarlığı ilə seçilən aktyorları iştirak etmişdir. Mövzu olaraq vətən, millət sevgisinin təbliği əsas götürülmüşdür.
]Vətən, millət sevgisi
Milli Qurtuluş gününə həsr edilmiş “Alın yazısı” ədəbi-bədii kompozisiyası böyük maraqla qarşılandı, hər zaman vətənpərvərlikləri ilə seçilən İsmayıllı sakinlərinə zövqlü anlar yaşatdı.
]Vətən, millət sevgisi
Bunun qarşılığı olaraq tamaşaçılar aktyorları alqışlar və gül-çiçək dəstələri ilə mükafatlandılar.
Sonda RİH başçısı Mirdaməd Sadıqov Gəncə Dram Teatrının kollektivinə özünün və İsmayıllı sakinləri adından minnətdarlığını bildirmişdi.
Çinarə Bəhərçinli

Şərh Yaz