Heç kəs unudulmur

Heç kəs unudulmurRayonumuzda hər bir veterana, şəhid ailəsinə, Qarabağ əlilinə qayğı və ehtiram göstərilir. Şəhidlərin anılması, veteranların gənclərlə görüşləri kimi məsələlərə böyük önəm verilir. Bu iş məktəblərdə xüsusi diqqətdə saxlanır. İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin kollektivi də bu mövzuya tez-tez müraciət edir. Məktəbimizin yetirmələrindən 9 nəfəri Qarabağ döyüşlərində şəhid olmuşdur. Təsadüfi deyil ki, məktəbimiz şəhid Eldar Məmmədovun adını daşıyır. Məktəbimizdə tez-tez şəhidlərin anım günləri keçirilir, onların qəbirləri ziyarət edilir, məktəbin radio qovçağı vasitəsilə məlumatlar verilir, şeirlər oxunur.
Aprel ayında məktəbimizdə müharibə veteranları ilə görüş keçirildi. Bu görüş məzunlarımız olan şəhidlər – E.Məmmədov və Mübariz Orucovun ad və anım gününə təsadüf edir. Tədbirə veteran Kamil Dadaşov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırıç üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin nümayəndəsi Eldəniz Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Səbuhi Əzizov iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əhmədağa Ələkbərov məktəbimizin 9 nəfər şəhid verdiyini xatırlatdı və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü xüsusilə vurğuladı.
Qarabağ döyüşlərinin veteranı K.Dadaşov çıxışında E.Məmmədov adına şəhər 3 nömrəli məktəbi qəhrəman məktəb adlandırdı.
Məktəbin gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni müəllimi Oqtay Əliyev çıxışında döyüş xatirələrindən danışdı.
Tədbirdə şəhid Mübariz Orucovun həyat və döyüş yolundan söhbət açıldı, onun döyüş yolu bugünkü gənclərə örnək oldiğu qeyd edildi. Məktəbin VIIIa sinif şagirdləri Vətənə və qəhrəmanlara həsr edilmiş şeirlər oxudular.
Toğrul Qasımov,
şəhər 3 nömrəli tam orta məktəbin VIII a sinif şagirdi

Şərh Yaz