Abad küçələrdən biri

Abad küçələrdən biriŞəhərin Rəşid Mahmudov küçəsinin ümumi uzunluğu bir kilometrdir. May ayının 13-də bu küçənin asfaltlaşdırılmasına başlanılıb. İşin icrasını Məhəmməd Musayevin rəhbərlik etdiyi 10 saylı Yol İstismar İdarəsi öhdəsinə götürüb. İdarənin rəisi bildirdi ki, görülən işdə əsas diqqət keyfiyyətə yönəldilib.
Həmin gün qeyd olunan ünvanda qızğın iş getdiyinin şahidi olduq. Küçə boyu piyada səkiləri qurulub. Qrunt sularının axıdılması üçün yolkənarı arx çəkilib. Küçənin işıqlandırılması üçün elektrik dirəkləri basdırılıb. Qısa müddətdə bu küçə şəhərin abad küçələrindən biri kimi, sakinlərin istifadəsində olacaq.
Şövqi Əhmədov

Şərh Yaz