Yaddas kitabcasi

Uşaqları Beynəlxalq Müdafiə Günü

1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə Heydər Əliyev parkında tədbir keçirilib.

Uşaqları Beynəlxalq Müdafiə Günü
Uşaqları Beynəlxalq Müdafiə Günü

Uşaqları Beynəlxalq Müdafiə Günü

1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə Heydər Əliyev parkında tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, İncəsənət məktəbinin, Təhsil şöbəsinin işçiləri, valideynlər, uşaqlar, eyni zamanda şəhər əhalisi iştirak edib.
Uşaqları Beynəlxalq Müdafiə Günü

Tədbirdə çıxış edən RİH başçısının müavini Sevil Əhmədova uşaqları təbrik edib, onlara uzun ömür, can sağlığı arzulayıb. Uşaqlarımızın daim dövlət qayğısı ilə əhatələndiyini deyib.
Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov İsmayıllı balalarına şən əyləncə, xoş gün arzulayıb.
Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli bayram münasibəti ilə körpələri təbrik edib.
İncəsənət məktəbinin direktor müavini Nazim Aydınoğlu Heydər Əliyevin uşaqlara olan qayğısından danışıb. bu vacib işin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Uşaqları Beynəlxalq Müdafiə Günü

Tədbir rayon istedadlılarının təqdimatında konsert proqramı, uşaqlar üçün müxtəlif oyunların keçirilməsi ilə davam edib. Konsertdə həmyerli istedadlarımız – Kamilə Nəbiyeva, Mustafa Mustafayev, Samirə Məmmədli çıxış edib. Uşaqların əl işləri nümayiş etdirilib, asfalt üzərində rəsm çəkmək, baxça yaşlı uşaqların müxtəlif əyləncəli oyunları tədbirə rəg qatıb. Fərqlənən uşaqlara hədiyyələr təqdim olunub. Bayram münasibəti ilə uşaqlar üçün atraksiyonlar pulsuz olub.
“Çinarə Bəhərçinli”

Şərh Yaz