Son zəng həyəcanı

Son zəng həyəcanı

Son zəng həyəcanı

[Son zəng həyəcanı

Son zəngi çalmayın, dayanın bir az.
Bir yerdə, bir səslə bir şeir deyək.
Bu yol ayırıcında, vida günündə,
Biri-birimizə uğur diləyək…

Son zəng həyəcanı

Söz yox ki, bu şeiri oxuduqda söhbətin nədən getdiyini anlamısınız əziz oxucular. Bəli, bu gün son zəngdir. 11 il bir yerdə təhsil alan, dostlaşan sinif yoldaşlarının ayrılıq günüdür.
Hər il 31 may günü respublikanın hər bir məktəbində böyük zövqlə keçirilir. Bu gözəl ənənə İsmayıllının məktəblərini də əhatə edib. Son zəngin sevinc və həyəcanını onbirincilərlə bərabər yaşamaq üçün İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbində olduq. Buradakı izdiham tədbirin möhtəşəmliyini göstərirdi. Sinələrinə “Məzun” lenti taxan onbirincilər, əllərində gül-çiçək dəstələri olan birincilər, valideynlər, müəllimlər və qonaqlar həyəcan içində, sevinclə tədbiri izləyirdilər.
Məktəbin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov gələn qonaqları salamladı, məzunları müstəqil həyata, birinciləri məktəbə qədəm qoymaları münasibəti ilə təbrik etdi.
Dövlət himni səsləndi. 6 buraxılış sinfinin şagirdləri məktəb və müəllimləri ilə bağlı ürək sözlərini söylədilər. Məzunlar oxuduqları məktəbin adını uca tutacaqlarını, müəllim və valideynlərinin ümid və etimadlarını doğruldacaqlarını vəd etdilər.
Tədbirdə iştirak edən rayon prokuroru Rahib Seyidov məzunlara xoş arzularını çatdırdı, təhsildə nailiyyətlərinə görə tərifnamə alanları təbrik etdi.
Fərqlənən müəllimlərə məktəb direktorunun təşəkkürü elan olundu.
Son zəngin çalınması həyəcanlı dəqiqələrə son qoydu.
Bu sayaq tədbirlər, rayonun bütün orta ümumtəhsil məktəblərində keçirilmişdir.
Ş.Dağlaroğlu

Şərh Yaz