Yaddas kitabcasi

Seminar müşavirə

22 may 2013-cü il tarixdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin akt zalında məktəblərin biologiya müəllimlərinin və IX-XI sinif şagirdlərinin seminar müşavirəsi keçirilib.Birləşmış Millətlər Təşkilatı biomüxtəliflik anlayışı haqqında məlumatların daha geniş yayılması və ictimaiyyətə təqdim edilməsi üçün may ayının 22- ni Beynəlxalq Biomüxtəliflik günü elan etmişdir. 1982-ci ildə Rio de Janeiroda Yer Sammitində Biomüxtəliflik üzrə konvensiya imzalanmışdır. Hazırda bu konvensiya Azərbaycan da daxil olmaqla 187 ölkə tərəfindən ratifikasiya olunmuşdur. Bütün bu ölkələr özlərini biomüxtəlifliyin qorunmasından, onun davamlı istifadə olunmasından və genetik ehtiyatların bərabər şəkildə paylanmasından məsul elan etmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə GIZ ( Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ) “ Biomüxtəlifliyin Davamlı İdarə Olunması” proqramının birgə əməkdaşlığı çərçivəsində şagirdlər arasında bioloji müxtəliflik barədə biliklərin artırılması məqsədilə 2010-cu ildən etibarən 22 May Beynəlxalq Biomüxtəliflik Günü qeyd edilir.
Bu məqsədlə 22 may 2013-cü il tarixdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin akt zalında məktəblərin biologiya müəllimlərinin və IX-XI sinif şagirdlərinin seminar müşavirəsi keçirilib.
Seminarda RTŞ-nin aparıcı məsləhətçisi Nadir Məmmədov “Biomüxtəliflik nədir? Biomüxtəlifliyin əhəmiyyəti” mövzusunda, rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyev “Biomüxtəlifliyin davamlı idarə olunması” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzələrdən sonra müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.


Afaq İsmayılova – İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin
əməkdaşı.

Şərh Yaz