Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir

Bu gün İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi keçirilib.

Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirBu gün İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi keçirilib.

Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir

May ayının 27-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi keçirilib.
Məşğələ Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr edilib.
Məktəbin direktoru Fərman Bəşirov tədbir iştirakçılarını salamlayıb. Tədbiri açaraq qeyd edib ki, Azərbaycan respublikasının sosial-iqtisadi həyatının, mədəniyyəti və incəsənətinin, təhsili və səhiyyəsinin, perspektiv inkişafının elə bir istiqaməti yoxdur ki, ümummilli liderimiz Heydər Əliyevin strateji yolundan kənarda qalsın. Bütövlükdə ölkəmiz, müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyev dühasından güc alıb, qüvvət alıb, qüdrətlənib. Bugünkü inkişafımız, Beynəlxalq miqyasda ölkəmizin söz sahibinə çevrilməsi, bir çox regional layihələrdə iştirakımız, neft kapitalının insan kapitalına çevrilməsi də Heydər Əliyev ideyalarının, onun müəyyən etdiyi yüksəliş yollarının nəticəsidir.
Bütün bunlara görədir ki, biz “Heydər Əliyev idarəetmə Məktəbi”nin bayram ərəfəsindəki seminarına “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunu çıxarmağı məqsədəuyğun hesab etmişik.
Azərbaycanın müstəqilliyindən danışarkən nəzərlərimiz 1918-ci ilin 28 may tarixinə yönəlir. Bu gün ölkəmizin mübarizə tarixinin ən şərəfli səhifəsidir. Həmin gündə şərqdə ilk olaraq azad, müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti yaranmış, xalqımız öz müqəddəratını təyin etmək səlahiyyətini üzərinə götürmüşdür. 23 ay davam edən demokratik hakimiyyət Rusiya imperiyasının bolşevizm müdaxiləsindən sonra süqut etmişdir.
Tariximizin şərəfli səhifəsini əleyhimizə olan qüvvələr istəsələr də qaralaya bilməmişlər. 1991-ci ilin oktyabr ayında yenidən müstəqilliyə qovuşmuşuq. Odur ki, bugünkü tədbirlə eyni zamanda Azərbaycan Demokratik Cümhuriyyətinin 95 illiyini qeyd edirik.
Sonra “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzə ilə şəhər 5 nömrəli tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Fərəcov çıxış edib. Məruzə ətrafında şəhər 3 nömrəli tam orta məktəbinin tarix müəllimi Vasif Cabbarov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti Ruziyyə Çələbiyeva, Vəng kənd tam orta məktəbinin tarix müəllimi Arzu Bağırova, Təzəkənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bəhruz Mirzəyev və Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aysel Bağıyeva çıxış edib.
Yekunda RİH başçısı Mirdaməd Sadıqov Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 95 illiyi ilə bağlı çıxış edənlərə təşəkkür edib, onlara Heydər Əliyev ideyalarını yaşadıb həyata tətbiq etməkdə uğurlar arzulayıb. O ümidvar olduğunu bildirib ki, gənclərimiz Heydər Əliyev yolu ilə daha inamla gedəcək, onun ideoloji-siyasi irsinə mükəmməl yiyələnəcəklər.
Təbdir iştirakçılarının timsalında M.Sadıqov ismayıllıları bayram münasibəti ilə təbrik edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz