Yaddas kitabcasi

Dil öyrənməyə maraqlıyıq

Dil öyrənməyə maraqlıyıqBiz Cülyan kənd tam orta məktəbinin V sinfində oxuyuruq. Bütün fənləri sevirik, ancaq ingilis dilinə marağımız daha çoxdur. Bunun üçün səylə çalışırıq, öyrəndiklərimizi dəfələrlə təkrarlayır, ingilis dili müəllimimizin tapşırıqlarını səylə yerinə yetiririk. Şərafət müəllim dərslərini maraqlı qurur, bu məqsəd üçün müxtəlif üsullardan istifadə edir.

Biz dərs vaxtı ingilis dilində olan mətnləri və sualları bəzən tək-tək, bəzən də qrup halında yerinə yetiririk. Hamı çalışır ki, birinci olsun. Birinci qurtaran şagird və ya qrup mətnləri və cavabları oxuyaraq tərcümə edir. Biz tərcümə etdiyimiz mətnləri rəngli qələmlərlə böyük vərəqələrə yazıb sinfin divarından asırıq.
Dərsin sonunda müəllim şagirdlərin biliyini qiymətləndirir.
Çalışırıq ki, bu dili mükəmməl öyrənək.
İfadə Hüseynova,
Aygün Dadaşova,
məktəbin şagirdləri

Şərh Yaz