Böyük yolun astanasında

Böyük yolun astanasında
“İsmayıllı artıq özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu yüksəlişi onun işıqlı sabahından xəbər verir”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər 10 may yaxınlaşdıqca daha geniş miqyas alır, möhtəşəmliyi ilə seçilir.
Mayın 3-də İsmayıllı Rayon İcra Hakimiyyətinin istəyi ilə Azərbaycan Respublikası Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti böyük konsert proqramını ismayıllılara təqdim etmişdir. Ümummilli liderin yubileyinə həsr olunmuş tədbir şəhərin baş meydanında – Heydər Əliyevin əzəmətli heykəlinin önündə reallaşdı. Yüzlərlə İsmayıllı sakini konserti üzləmək üçün buraya yığılmışdı.Böyük yolun astanasında

“İsmayıllı artıq özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu yüksəlişi onun işıqlı sabahından xəbər verir”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər 10 may yaxınlaşdıqca daha geniş miqyas alır, möhtəşəmliyi ilə seçilir.
Mayın 3-də İsmayıllı Rayon İcra Hakimiyyətinin istəyi ilə Azərbaycan Respublikası Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti böyük konsert proqramını ismayıllılara təqdim etmişdir. Ümummilli liderin yubileyinə həsr olunmuş tədbir şəhərin baş meydanında – Böyük yolun astanasındaHeydər Əliyevin əzəmətli heykəlinin önündə reallaşdı. Yüzlərlə İsmayıllı sakini konserti üzləmək üçün buraya yığılmışdı. Müharibə və əmək veteranları, ağsaqqallar və ağbirçəklər ön sıralarda əyləşmişdilər. Böyük yolun astanasındaBu konserti fərqli edən bir cəhət də var idi, belə ki, proqrama rayonun folklor qruplarının və yerli müğənnilərin çıxışları da daxil edilmişdi. Meydana toplaşanlar İsmayıllı rayon mədəniyyət evi “Niyal” xalq çalğı alətləri ansamblının solisti Sahibə Abdullayevanın, aşıq Əli ilə səhnəni paylaşan aşıq Yanvarın çıxışlarını, Hacıhətəmli və İvanovkanın folklor qruplarını alqışlarla qarşıladılar. İkinci Respublika muğam müsabiqəsinin mükafatçıları olan və artıq təkcə ismayıllıların yox, cəmi muğamsevərlərin sevimlisi Kamilə Nəbiyevanı və Mustafa Mustafayevi tamaşaçılar gurultulu alqışlarla qarşıladılar. Böyük yolun astanasındaMüğənnilərdən Gülüstan Əliyevanın, Lalə Məmmədovanın, Abbas Bağırovun, Zamiqin, Ağadadaş Ağayevin və respublika televiziyalarından yaxşı tanıdığımız digər bir sıra ifaçıların çıxışları da tamaşaçı alqışı ilə mükafatlandı. “Böyük yolun astanasında” devizi altında keçirilən konsert bütün iştirakçılar tərəfindən rəğbətlə qarşılandı, növbəti inkişaf mərhələləri üçün insanlarda daxili bir səfərbərlik yaratdı.
Lətifə Əliyeva

Şərh Yaz