Heydər Əliyev və Azərbaycan cəmiyyətində qadınların rolu

Heydər Əliyev və Azərbaycan cəmiyyətində qadınların rolu
Sən qəlbimin, andının,
Nurusan, atəşisən,
Gözəl Azərbaycanın,
Sönməyən günəşisən!

Heydər Əliyevin misilsiz xidmətləri Azərbaycan xalqının ən qiymətli xəzinəsidir. Bu bir həqiqətdir ki, müstəqil Azərbaycan yaşadıqca, iqtisadiyyatımız uğurla inkişaf etdikcə, Ulu öndərin əsasını qoyduğu milli dövlətçilik siyasəti prezident İlham Əliyev tərəfindən inamla inkişaf etdirilir.Heydər Əliyev və Azərbaycan cəmiyyətində qadınların rolu

Sən qəlbimin, andının,
Nurusan, atəşisən,
Gözəl Azərbaycanın,
Sönməyən günəşisən!

Heydər Əliyevin misilsiz xidmətləri Azərbaycan xalqının ən qiymətli xəzinəsidir. Bu bir həqiqətdir ki, müstəqil Azərbaycan yaşadıqca, iqtisadiyyatımız uğurla inkişaf etdikcə, Ulu öndərin əsasını qoyduğu milli dövlətçilik siyasəti prezident İlham Əliyev tərəfindən inamla inkişaf etdirilir.
Heydər Əliyev daima qadına, anaya, gözəlliyə yüksək qiymət vermişdir. Belə ki, 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan Qadınlarının I Qurultayında Azərbaycan qadınları haqqında demişdir: “Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti və gözəlliyi ilə hər zaman xalqımızın adını uca tutub”. Elə bu məqsədlə də 1998-ci il yanvarın 14-də ”Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncam imzaladı. Bu sərəncamın əsas müddəalarına görə qadınlara münasibətdə heç bir ayrı-seçkilik olmamalıdır, onlar da cəmiyyətin bir parçasıdır, odur ki, qadınlarımız dövlət, ya qeyri-dövlət strukturlarında, ölkənin ictimai həyatında, sahibkarlıq fəaliyyətində, yeni ixtisaslara yiyələnməyə, öz ixtisaslarını artırmağa qadirdirlər.
Cəmiyyətin incə məxluqu hesab edilən qadınlar ən ağır və məsuliyyətli sahələrdə belə heç də kişilərdən geri qalmaq potensialında deyillər. Bu gün qadınlarımız Azərbaycanı beynəlxalq qadın təşkilatlarında, qeyri-dövlət qadın cəmiyyətlərində ləyaqətlə təmsil edirlər.
Dövlət Qadın siyasətinə ictimai dəstək olaraq, İsmayıllı rayonunun ziyalı qadınlarından bir qrupu 2009-cu ildə “Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İB-ni təsis etdi. Birlik Heydər Əliyevin əsasını qoyduğu Qadın siyasətinə əsaslanır və fəaliyyət göstərir.
Azərbaycan Qadını qarşısında duran məqsəd və vəzifələrin həyata keçirilməsi üçün ölkəmizdə hərtərəfli sosial-demokratik mühit formalaşmışdır. Məlumdur ki, bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını sürətləndirir.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə 3-cü layihəyə start vermişik. Qadınlara işindən, sosial həyatından bəhs edən üç böyük layihə ilə yanaşı ulu öndərin doğum gününə həsr olunan “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda regional müşavirə keçirilmişdir.
QHT-lərə Dövlət dəstəyi şurasının maliyyəsi əsasında “İsmayıllı rayonunda məktəbli qızlar arasında “Erkən nikaha yox deyirik ”maarifləndirmə aksiyasına təşəbbüs” layihəsi işlənmişdir. Layihənin məqsədi İsmayıllı rayon məktəblərində VIII-XI sinif qızları arasında erkən nikahla bağlı maarifləndirmə tədbirləri keçirmək və onları cəmiyyətdə sağlam ailə münasibətlərinin necə formalaşdırılması, ailənin qorunub saxlanılması yollarını aşılamaq və ailə qanunvericiliyinin təbliğinə təşəbbüs göstərmək olmuşdur. İlkin olaraq, rayonun 5 məktəbində qızlar arasında sorğu aparılmış, maarifləndirmə təlimləri (ailə qanunvericiliyi əsasında) həyata keçirilmişdir. Artıq QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Məişət zorakılığına son qoyaq!” devizi altında qadın hüquqlarının təbliğinin təşkili “layihəsinə start vermişik. Bu layihənin də əsas məqsədi ailələrdə baş verən zorakılıqların hansı səbəblərdən baş verdiyi aşkarlanmalı, xüsusilə, uşaqlara, qadınlara və qocalara qarşı olan hər cür zorakılıq halları pislənməli, zorakılıq etmiş hər kəs qanun qarşısında cəzalanmalıdır Belə hallara rast gəlməmək üçün cəmiyyətdə müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirilməsi zəruridir. Biz inanırıq ki, gələcək fəaliyyətlərimizlə qadınlarımızın inkişafında rolumuzu artıracaq və dövlət qadın siyasətinə dəstək olaraq vətəndaş cəmiyyətinə öz töhfələrimizi verəcəyik.
Şirinbəyim Atayeva,
şəhər 7 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Qadınlar Cəmiyyətin İnkişafı Naminə İB-nin sədri

Şərh Yaz