Gəndov məktəbində tədbir

Böyük azərbaycanlı, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayonun Gəndov kənd ümumi orta məktəbində böyük tədbir keçirildi. Məktəb köhnə, müasir tələblərə uyğun olmasa da, tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirdə məktəbin müəllim və şagird kontingenti ilə bərabər kənd sakinləri də yaxından iştirak etdilər.
Məktəbin direktoru Xuraman Qurbanova tədbiri açdı, iştirakçıları salamladı və Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı dolğun məruzə etdi.
Sonda natiq qeyd etdi ki, Ulu öndərin 90 illik yubileyinin ölkənin hər bir yerində böyük təntənə ilə keçirilir. Cəmiyyətin bütün təbəqələri, vətənini, xalqını sevən, onun gələcəyini düşünən bütün insanlar bu tədbirlərdə ürəkdən iştirak edirlər.
Tədbirdəkilərin sanki ürəyi sözlə dolu idi. Bir sıra maraqlı çıxışlar oldu. Çıxış edənlərdən kənd ağsaqqalı, 80 illiyini ötən il qeyd etdiyimiz Ağarza müəllimin çıxışı hamıya xoş təsir bağışladı. Ağsaqqal çıxışına Heydər Əliyevin müdrik fikirləri ilə başladı: ”Həyat böyük bir prosesdir. Bu prosesdə uğurlu iştirak etmək üçün müasir tələblərə uyğun olan təhsilə malik olmalıyıq. Təhsil də daim təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın təhsil işçilərinin üzərinə düşən vəzifələrdir.”
Gəndov kənd ümumi orta məktəbinin pedaqoji kollektivi və kənd sakinləri Prezidentimizin uğurlu siyasətinə daim dayaq duracaqlarını və qarşıdakı seçkilərdə də ədalətli seçimini edəcəyini bildirdilər.
İştirakçılar tədbirin yüksək səviyyədə təşkilinə görə məktəbin direktoru X.Qurbanovaya minnətdarlıqlarını bildirdilər. Direktor isə tədbirdə zəhməti olan müəllimlərə, şagirdlərdən Hacı Əzimliyə, Cəmalə Abbasovaya, Leyla Ağayevaya, Nahidə Qasımovaya və Aygün Soltanovaya təşəkkür etdi
Vəfa Vahabova,
Gəndov kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz