“Müstəqil Azərbaycanın memarı”

"Müstəqil Azərbaycanın memarı"29 aprel 2013-cü il tarixdə İsmayıllı rayon Mərkəzi kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Müstəqil Azərbaycanın memarı” adlı ədəbi – bədii kompozisiya keçirilib. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ə.Ələkbərov açıb. O, Ümummilli liderin həyat və fəaliyyətindən geniş məruzə edib. Tədbirin aparıcısı T.Əzizova böyük şəxsiyyət Heydər Əliyevin keşməkeşli həyat yolundan məlumat verib. Tədbirin bədii hissəsində şəhər 1 nömrəli tam orta məktəbinin VIII sinif şagirdləri Ulu öndərə həsr edilmiş şeirlər söyləyiblər.
S.Zülfiyev

Şərh Yaz